“Meydana çıxan yeni güclər” adlı panel keçirilib

17:11 15-03-2018 | icon 124 | Sosial
“Meydana çıxan yeni güclər” adlı panel keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu “Meydana çıxan yeni güclər” adlı panel ilə davam edib.

 Versus.az-ın məlumatına görə, panelə moderatorluq edən Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa bildirib ki, ABŞ, Çin beynəlxalq arenada öz gücünü artırır, Hindistan isə davamiyyəti olan güclərdəndir. O, İran barəsində deyib ki, bu ölkə daim bölgədə sülhün zəmanətinə söz verir:
“İndi biz sual edirik ki, bu güclər dünyada sülhün bərqərar olması üçün səylərini birləşdirə biləcəklərmi?..”

Rumıniya baş nazirinin müavini, ölkənin Avropa məsələləri üzrə nümayəndəsi, deputat Ana Birçall qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın inkişaf etdirilməsi vacibdir və bu, Azərbaycanla Avropa İttifaqı münasibətlərində əsas amildir:
“Rumıniya bu prosesə tam dəstək verməyə hazırdır”. 

Pakistanın keçmiş baş naziri Şövkət Əziz isə bildirib ki, ölkələr arasında dialoqu gücləndirmək lazımdır:
“Bunu hər regionun lider dövləti diqqətdə saxlamalıdır. Pakistanın da bəzi qonşularla problemi var və biz bu məsələlərdə dialoqa üstünlük veririk. Amma təəssüf ki, bəzən bu cəhdlərimiz qarşılıqsız qalır”.

Qırğızıstanın sabiq baş naziri Coomart Otorbaev isə dünyada ABŞ təkqütblü rolundan danışaraq kiçik dövlətlərin ondan gözləntilərinin əsasən təhlükəsizliyin, suverenliyin qorunmasından ibarət olduğunu vurğulayıb.

İsveç Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Mats Karlsson dünya güclərini qeyri-səmimilikdə ittiham edib, onları bəşəri bərabərliyə dəvət edib:
“Məsələn, ABŞ-ın etdikləri bir növ müharibəyə gətirib çıxarır, dünya ticarət dövriyyəsini axsadır, maliyyə böhranına səbəb olur”.

Qlobal Kiber Alyansın baş icraçı direktoru Meri Kavani isə qeyd edib ki, hazırda kiberhücumların sayı artıb və buna ən çox biznes sektoru məruz qalır:
“Təkcə son bir ildə ABŞ-da kiçik və orta biznes sektorunun 40 faizi kiberhücuma məruz qalıb”.

Panel işini başa vurub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir