Lənkəranda “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində görüş

17:49 16-03-2018 | icon 346 | Cəmiyyət
Lənkəranda “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində görüş

“Öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir”

Millət vəkili Qənirə Paşayeva Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində Lənkəranda qadınlarla görüşüb, geniş məruzə ilə çıxış edib və qadınlarla fikir mübadiləsi aparıb.

Versus.az-ın məlumatına görə, ilk öncə Mərkəzin rəhbəri Təranə Məmmədova layihə, onun vacibliyi ilə bağlı geniş məlumat verib və bu cür müzakirələrin faydalı olacağına inandığını bildirib.

Lənkərandan və ölkəmizin müxtəlif bölgələrindən çoxlu sayda qadınların qatıldığı tədbirdə çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var:

“Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutması vacibdir”.

Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. Bildirib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb və görülən işlərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Q.Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib.  Qeyd edib ki, qadınlara qarşı zorakılıq ən böyük insan haqları pozuntularından biridir:

“Biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Dünyanın hər yerində bu kimi hallara rast gəlmək olar. Azərbaycan da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biridir, bu istiqamətdə qanunlar qəbul olunur və işlər getdikcə daha da sürətlənir. Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Dövlət qurumları, Qeyri-hökumət Təşkilatları, Mətbuat və Media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik. Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə… Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik”.

Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir:

“Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir. Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var”.

Lənkərandan və müxtəlif bölgələrdən gəlmiş xanımlar çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər və geniş müzakirələr aparılib. Q.Paşayeva onları maraqlandıran sualları cavablandırıb. Millət vəkili təkliflə çıxış edərək bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarının həftədə bir şəhid, müharizə əlili və ya veteranı, məcburi köçkün ailəsinə, ailə başçısı itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış  analara baş çəkməyə, qayğı və problemləri ilə maraqlanmağa çağırıb. Millət vəkilinin təklifi qadınlar tərəfindən tam dəstəklənib.

Artan intiharların böyük narahatlıq və üzüntü yaratdığını deyən millət vəkili Q.Paşayeva onların daha da artmaması üçün cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb və qadınları cəmiyyətdə baş verən hadisələrə həssaslığı daha da artırmağa çağırıb.

Tədbirin sonunda millət vəkili hər bir qadına müəllifi olduğu və yeni çapdan çıxan “Səni Allaha Eşq götürür” və “Sevgidən Eşqə” adlı  kitablarını imzalı hədiyyə edib.
Tədbirdə iştirak edən Lənkəran rayon icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Dağıstanın və Lənkəranın fəal xanımları çıxış edərək mövzu ətrafında geniş fikirlərini bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb