“Medianın iqtisadi durumu mütləq qaydada nəzərə alınmalıdır”

18:12 16-03-2018 | icon 85 | KİV
“Medianın iqtisadi durumu mütləq qaydada nəzərə alınmalıdır”

“Ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq olunur. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir, tətbiqinə başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir - təxminən yarım milyon manat. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı durumda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır”.

Versus.az-ın məlumatına görə, bunu Azərbaycan mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı bildirib. O qeyd edib ki, bu missiya yalnız ictimai deyil, eyni zamanda stratejidir:

“Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir. Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır. Sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır. Ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

Akif Əlizadə adına təqaüd

Aprel qazisi özünü öldürüb

Lamiyə Rzayeva: “Ölkəmizdə sosial işlə bağlı yanlış yanaşma var”

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Ertələnən seçkilərdə iştirakçılıq

“Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” - MÜZAKİRƏ

Rus dilinin tədrisi təklif olunub

Türkiyədə - ETİRAZ BƏYANATI

"Bakıda ən çətini tormozlamadır"

Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub - MÜSAHİBƏ

Sabah baş nazirin təsdiqlənməsi məsələsinə baxılacaq