“Ərzaq məhsullarının tədarükü və təchizatı” - AKSİYA

13:05 19-03-2018 | icon 57 | Cəmiyyət
“Ərzaq məhsullarının tədarükü və təchizatı” - AKSİYA

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial aksiya keçirilib.

 

ASC-dən Versus.az-a verilən məlumata görə, Novruz bayramı münasibətilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin əməkdaşları iştirak ediblər. Əvvəlcə, Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb. Əməkdaşlara aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

 

Daha sonra Səhmdar Cəmiyyətin əməkdaşları Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov əhalinin kənddə rahat yaşaması üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən danışıb.

Səhmdar Cəmiyyətin departament müdiri Abbas Hacıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyat nəticəsində azad edilən kənd Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində abadlaşdırılıb, əhalinin rəvan həyatı təmin edilib. “Cocuq Mərcanlının yenidən bərpası Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətinin nəticəsidir. İşğal edilmiş torpaqlarımızın azadlıq rəmzinə çevrilmiş bu kənd yaxın gələcəkdə Şuşaya, Xankəndinə gedən əsas yolun başlanğıcı olacaq”,-deyə natiq qeyd edib.

Kənddə məskunlaşmış 50 ailəyə bayram sovqatları, kənd orta məktəbinə isə kompüter dəstləri hədiyyə olunub.

 

Əməkdaşlar işğaldan sonra yenidən tikilmiş kəndlə yaxından tanış olublar, “Şuşa” məscidinə baxış keçirilib. Təmas xəttində xidmət aparan Azərbaycan əsgərləri ilə görüş əməkdaşlar arasında xoş hislər yaradıb.

Sonra cəbhə xəttində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. Səhmdar Cəmiyyətin əməkdaşları əsgərlər qarşısında çıxış edərək onları düşmənə qarşı amansız olmağa çağırıblar. Bildirilib ki, düşmənlə təmas xəttində xidmət aparan əsgərlər arasında hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir.

Sonda Səhmdar Cəmiyyət adından hərbi hissəyə bayram sovqatları təqdim olunub, görüş Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanmış bayram konserti ilə başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb