"KİV-lər diqqətli olmalıdır"

15:17 19-03-2018 | icon 73 | Siyasət
"KİV-lər diqqətli olmalıdır"

Azərbaycanda keçirilən seçkilərin bütün mərhələlərində KİV-lərin mühüm rolu var.

 

Versus.az xəbər verir ki. bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov prezident seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib. Ə.Həsənov qeyd edib ki, bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var:

 

“Birinci növbədə namizəd və onun platformasıdır. Hər bir namizəd öz proqram və hədəflərini, fikir və mülahizələrini KİV vasitəsilə əhaliyə çatdırmalıdır. Namizədlər televiziyada debatlar keçirəcək, həmçinin bölgələrdə seçicilərlə görüşəcək, ancaq həmin məkana bir qrup insan yığışacaq və bütövlükdə görüşün nəticələrini yenə də ictimaiyyətə mətbuat çatdıracaq. Bu baxımdan KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin rolu qədərdir”.

 

PA rəsmisi bildirib ki, KİV-lər seçkilərdə öz fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun qurmalıdır:

“Yəni KİV-lər işlərini birinci növbədə öz peşəkarlığına, ikincisi isə Seçki Məcəlləsinə uyğun qurmalıdır. KİV-lər bütün namizədlər üçün həm qiymət, həm də vaxt və yer baxımından bərabər imkanlar yaratmalıdır”.

Ə.Həsənov deyib ki, seçkilər mühüm ümumxalq tədbiridir və KİV-lər bu məsələdə məsuliyyətli olmalıdır:

“KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın, çünki Məcəllənin hansısa tələbinin pozulması seçkilərin ümumi imicinə zərər gətirə bilər”.

Prezidentin köməkçisi vurğulayıb ki, KİV-lər ölkə Prezidentinin dövlət başçısı kimi fəaliyyəti ilə seçkilərdə namizəd kimi təbliğat fəaliyyəti arasında cizgini düzgün müəyyən etməlidir. Ə.Həsənov əlavə edib ki, kommersiya məsələsində də namizədlər üçün bərabər şərait yaradılmalıdır, yəni bütün namizədlər üçün eyni qiymət siyasəti həyata keçirilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir