Laçın məktəbində NOVRUZ büsatı

16:36 22-03-2018 | icon 93 | Təhsil
Laçın məktəbində NOVRUZ büsatı

Agcabədi rayon, Taxta Körpü qəsəbəsində yerləşən Laçın rayon İslam Quliyev adına Fingə kənd tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

 

Versus.az-ın məlumatına görə, tədbirdə məktəbin direktoru Habil Abduləzimov çıxış edərək insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, onlara xoş günlər arzulayıb.

 

Qeyd edək ki, tədbirdə məktəbin şagirdləri, müəllimləri və valideynlərlə yanaşı Şamkənd Uşaq Musiqi məktəbinin direktoru Şamil Ələsgərov, muəllim Səfər Quliyev iştirak ediblər. Onlar da çıxış edərək, Novruzun xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayram olduğunu söyləyərək, hər kəsi təbrik ediblər, növbəti Novruz bayramını o gözəl Qarabağ torpaqlarında qeyd etməyi arzulayıblar.

 

Tədbirin aparıcısı Elvin Rzazadənin təqdimatında bayram şənliyi şagirdlərin mahnı və rəqsləri ilə davam edib. Novruz personajları Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi iştirakçıların marağına səbəb olub. Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”