Hilal Sönməz: “Türkiyədə bir çoxları hələ də Azərbaycanı yaxşı tanımır”

22:20 30-03-2018 | icon 254 | Cəmiyyət
Hilal Sönməz: “Türkiyədə bir çoxları hələ də Azərbaycanı yaxşı tanımır”

“Çox gözəl bayram rəmzləri olan şirniyyatlarınız var”

 

“Türkiyədə orta məktəblərdə Azərbaycan haqqında məlumatlar çox az olduğu üçün bir çox gənclər buranı tanımır. Bir çoxları Azərbaycana elə də maraq göstərmir, ona yuxarıdan aşağı baxırlar. Bu da savadsızlıq, bilgisizliklə bağlıdır”.

 

Bunu Versus.az-a Diyarbəkir Milli Təhsil Müdirliyi nəzdində olan orta məktəbdə dövlət məmuru kimi çalışan, Novruz Bayramı münasibətilə Azərbaycanda, Versus.az-da qonaq olan Hilal Sönməz bildirib:

 

“Ən pis günlərimizdə Azərbaycan türklərini yanımızda hiss etdik. Bizim yanlışlarımıza rəğmən Azərbaycan yenə də bizi sevir. Bu gün Türkiyə vətəndaşları ən pristijli ölkələr kimi Almaniya, ABŞ, Fransa kimi dövlətlərə üstünlük verirlər. Çünki orta məktəblərdə, universitetlərdə bu ölkələrin dilləri yüksək səviyyədə tədris olunur, mədəniyyətləri öyrənilir”.

 

H.Sönməz Türkiyə-Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işləri müsbət dəyərləndirib. O, Türkiyədə gənclərin Azərbaycanla bağlı məlumatsızlığının orta məktəblərdən başlayaraq aradan qaldırılmasını təklif edib:

 

“Məsələn, bizim ölkədə “Sosyal Bilimler Liseleri” adında təhsil müəssisələri var. O müəssisələrdə müasir türk ləhcələri bölümləri açılsa yaxşı olardı. Türkiyədə bəzi universitetlərdə belə şöbələr var. Bununla yanaşı, orta məktəblərə Azərbaycan tarixinə, mədəniyyətinə aid kitablar, ədəbiyyatlar gətirilməli və tədris olunmalıdır. Bu olarsa, türkiyəli gənclərin Azərbaycan haqqında məlumatları getdikcə çoxalar. O zaman onlar da Azərbaycanı sizlər Türkiyəni tanıdığınız, sevdiyiniz qədər sevərlər”.

 

Ərəb mənşəli türk, Türkiyə vətəndaşı Hilal Sönməz Novruz Bayramını çox sevdiyini və burada bayramla bağlı gözəl təəssüratlar əldə etdiyini  deyib:

 

“Mən bir türkəm və Azərbaycanı, buradakı türk qardaşlarımı çox sevirəm. Ankara Universitetində Müasir Türk Ləhcələri və Ədəbiyyatları şöbəsinin tələbəsi olmuşam. Orada Türkmən və Azərbaycan türkləri ilə tanış olmuşam, onlardan Novruz bayramı ilə bağlı bilgilər almışam. O üzdən bayramda buraya gəldim. Türklərin bayramı olan Novruz Azərbaycanda çox gözəl qeyd olunur, insanlarda isti münasibət və sevgi gördüm. Azərbycanda çox dəyər verdiyim siyasətçi, Əli Əliyevlə görüşdüm. Azərbaycanın gözəl mətbəxindən paxlava, şəkərburadan daddım. Çox gözəl yeməkləriniz, bayram rəmzləri olan şirniyyatlarınız var”.

 

Bayram ərəfəsində qonağımız olan türkiyəli dostumuz yalnız bir məqama təəssüf edib:

 

“Burdakı özünü türk adlandıran dostlarım nədənsə mənə vaxt ayırıb, Bakını göstərmədilər”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb