Atəşkəs snayperlərlə pozuldu

10:25 02-09-2019 | icon 105 | Qarabağ
Atəşkəs snayperlərlə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Ağdam rayonunun işğal altında olan Nəmirli, Kəngərli, Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

ƏLİSAHİB HÜSEYNOV başladı!

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

95 saylı Tərtər Seçki Dairəsindən namizəd - TAMİLLA QULAMİ

32 saylı Suraxanı seçki dairəsindən namizəd - EHTİRAM MEHTİYEV

MAHİR ABBASZADƏ seçicilərlə görüşlərə Sumqayıtdan start verdi

Razi Nurullayevin seçki PLATFORMASI

10 saylı Binəqədi seçki dairəsindən namizəd - KÖNÜL İSMAYILOVA

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizəd - NƏSİMİ PAŞAYEV

121 saylı Laçın seçki dairəsindən namizəd - MAHİR ABBASZADƏ

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd - TALEH ŞAHSUVAROV

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO