“Məmurlar tərəfindən problem yaradılırsa, dövlətim mənə icazə verir ki...”

15:51 02-04-2018 | icon 171 | Cəmiyyət
“Məmurlar tərəfindən problem yaradılırsa, dövlətim mənə icazə verir ki...”

“Cəmiyyət bir-birinə bağlı şəkildə inkişaf edir”

 

“QHT-lər qeyri-siyasi, qeyri-dini, qeyri irqi hesab olunsa da, siyasətdən kənarda qala bilmirlər. Çünki cəmiyyət bir-birinə bağlı şəkildə inkişaf edir”.

 

Bunu Versus.az-a Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) rəhbəri Məhluqə Rəhimova torpaqları işğal altında olan vətəndaşın siyasiləşməsi ilə bağlı açıqlamasında bildirib.

M.Rəhimova bildirib ki, ƏQC-nin gördüyü işlər də siyasətə bağlıdır:

 

“Təbii ki, əlilin hüququ dövlət tərəfindən qəbul olunan qanunlarla qorunmalıdır. Məmurlar tərəfindən problem yaradılırsa, dövlətim mənə icazə verir ki, məsələ ilə bağlı aidiyyatı instansiyalara müraciət edim. Əslində dövlət layihələrə üstünlük verməklə “görünməyən məsələləri qabart ki, həlli yolları tapılsın” deyir. Yaxud jurnalistlər və bütövlükdə cəmiyyətin üzdə olan qismi, vətəndaşlar dövlətin qanunlarına əməl etməyən müəyyən qurumlara qarşı sözlərini deməlidirlər”.

 

ƏQC rəhbəri hesab edir ki, əsas səfərbərlik işğal altında qalan torpaqlarımızın azad olunması və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılmalıdır:

 

“Bu gün erməni saytlarına baxanda görürsən ki, ərəb çöllərindən gəlmiş ünsürlər milli-mənəvi abidələrimizi öz adlarına çıxmaqla ciddi fəaliyyət göstərirlər. Qədim torpaqlarımızda bir dənə Azərbaycan adları qalmayıb. Ona görə də vətəndaşlarımızın, təşkilat rəhbərlərinin fəaliyyətinin ana xəttində bu dayanmalıdır, nəinki bir-birini söyüb-təhqir etmək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”