“Bunun üçün cəmiyyətin şüurunda dəyişiklik etmək lazımdır”

18:21 02-04-2018 | icon 119 | Sosial
“Bunun üçün cəmiyyətin şüurunda dəyişiklik etmək lazımdır”

“Dövlət tərəfindən Şirkət sahiblərinə stimullaşdırıcı güzəştlər olarsa, özləri kömək etməkdə maraqlı olacaq”

 

“İş adamlarını, eləcə də imkanlı şəxsləri əlilliyi və daim köməyə ehtiyac duyan müəyyən sindromlu insanlara yardım etməyə məcbur etmək olmaz. Dövlət tərəfindən Şirkət sahiblərinə stimullaşdırıcı güzəştlər olarsa, özləri kömək etməkdə maraqlı olacaq. Eləcə də bunun üçün cəmiyyətin şüurunda dəyişiklik etmək lazımdır”.

 

Bunu Versus.Az-a Əlil İttifaqları Mərkəzinin pezidenti Davud Rəhimov cəmiyyətin dəstəyi ilə əlil insanların adaptasiyası və sağlamlığının müdafiəsi istiqamətində mövcud olan imkanlarla bağlı açıqlamasında bildirib.

 

D.Rəhimov eyni zamanda, əlilliyi olan insanlara müəyyən imkanlı şəxslər, eləcə də şirkətlər tərəfindən yardımların göstərilməsi ilə bağlı bir neçə nüansa toxunub. Bildirib ki, cəmiyyət özü buna hazır olmalıdır:

 

“Biz tez-tez yardımla bağlı müraciətlər edirik. Amma insanı zorla yardım etməyə cəlb etmək olmaz. Bu yardımsevərliyi birinci onun şüurunda oyatmaq lazımıdır. İnsanların könüllü olaraq bu işə qoşulmaları üçün ağıllı təbliğat və davamlı maarifləndirmə aparılmalıdır. Məsələn, xaricdə əlilliyi olan adamların işə götürülməsi ilə bağlı kvota var. Sistem elə qurulub ki, şirkətlər əlilliyi olan adamları işlə təmin etməkdə maraqlı olur. Eyni zamanda da digər dəstək kampaniyaları təşkil olunur”.

 

D.Rəhimov bu istiqamətdə aparılan təbliğat sahəsində də bir pərakəndəlik olduğunu deyib:

 

“Cammatı stadiona yığıb səs-küy etməklə heç nə etmək olmaz. İnsan özü 1000 manat maaş alırsa, düşünməlidir ki, bunun 100 manatını yardım işlərinə sərf edim. Yaxud, hər hansı şirkət rəhbərinin əlilliklə bağlı problemlərdən xəbəri yoxdursa, öz pulunu ona xərcləməyəcək”.

 

GÖZƏL
Versuz.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir