QAT üzvləri Kəlbəcər şəhidlərini yad edib
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Kəlbəcərin işğalı günündə Şəhidlər Xiyabanını ziyarət edib, kəlbəcərli şəhidlərin, digər şəhidlərin məzarları üzərinə gül qoyub, dualar oxuyublar.
Versus.az-ın məlumatına görə, QAT sədri Akif Nağı ziyarətlə bağlı mətbuata açıqlamasında bu gün Şəhidlər Xiyabanında kəlbəcərli ictimaiyyət nümayəndələrinin, məktəblilərin, xaricdən gəlmiş turistlərin də ziyarət etdiklərinin şahidi olduqlarını bildirib:
"Bu, vacib məsələdir. Şəhidlərimizin xatirəsi hər kəs tərəfindən yad edilməlidir, bu, hər birimizin insanlıq borcudur. Kəlbəcər həm tarixilik, qədimlik, həm də strateji əhəmiyyəti baxımından vacib məntəqədir. Bunu düşmən də başa düşür və orada möhkəmlənməyə çalışır. Kəlbəcərin azad olunması danışıqlarda ən mühüm şərtlərdən biri olmalıdır. Eyni zamanda hərbi əməliyyatlar başlayarkən ilk növbədə azad edilməli məntəqələrdən biri Kəlbəcər olmalıdır. Bu gün həm də uğurlu Aprel döyüşlərinin ildönümüdür. Aprel döyüşləri daha geniş miqyasda davam etdirilməli, son qələbəyə çatdırılmalıdır."
GÖZƏL
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"