"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur"

15:53 17-09-2019 | icon 306 | Siyasət
"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur"

"Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var".

 

Versus.Az xəbər verir ki, bu barədə "Report"un sualını cavablandırarkən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bunu, sadəcə, görüş adlandırmaq olar:

 

"Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə, gördüyümüz kimi, Ermənistan tərəfindən ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması üçün təxribatçı addımlar atılır. Bu baxımdan qarşıdakı görüşdə də Azərbaycanın mövqeyi həmsədrlərə, Ermənistan tərəfinə - xüsusən də Ermənistan tərəfinin səsləndirdiyi bu destruktiv açıqlamaların fonunda çatdırılacaq".

 

H.Hacıyev əlavə edib ki, görüşün vaxtı tərəflər arasında razılaşdırıldıqdan sonra XİN səviyyəsində ictimaiyyətə açıqlama veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI