""Əsrin müqaviləsi"nin əleyhdarları da var idi"

16:00 17-09-2019 | icon 51 | İqtisadiyyat
""Əsrin müqaviləsi"nin əleyhdarları da var idi"

Xoşbəxt Yusifzadə: "Neftin hasil olunması, açılmış yataqların işə salınması üçün Heydər Əliyev belə qərara gəldi ki, mütləq xarici şirkətlərlə əməkdaşlıq etməliyik"

 

""Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi vəziyyətini tamam dəyişdi".

 

Versus.Az xəbər verir ki bunu "Əsrin müqaviləsi"nin bağlanmasının 25 illiyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə deyib.

 

O bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın iqtisadi vəziyyəti çox pis vəziyyətdə idi:

"Respublikamız yenicə müstəqil olmuş, əlaqələr kəsilmişdi. Bundan başqa, SSRİ-nin son illərində Azərbaycanın neft sənayesinə bir o qədər fikir verilmirdi. Müstəqillik illərində isə "Günəşli", "Azəri-Çıraq" yataqları açılsa da, ancaq "Günəşli"nin 200 metrə qədər sahəsində işləmək mümkün idi".

 

X.Yusifzadə "Əsrin müqaviləsi"nin Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb:

"Çünki bu müqavilə Azərbaycanın iqtisadi inkişafını təmin etdi. Azərbaycanda tez bir zamanda inkişaf etdiriləcək, sosial inkişafı təmin edəcək ayrı bir sahə də yox idi. Neftin hasil olunması, açılmış yataqların işə salınması üçün Heydər Əliyev neftçiləri toplayaraq belə qərara gəldi ki, mütləq xarici şirkətlərlə əməkdaşlıq etməliyik. Özümüzə qalsaydı, gərək 30-40 il gözləyəydik. Əlbəttə, bunun əleyhdarları da var idi. Amma bu sosial vəziyyətdə 30-40 il gözləyə bilməzdik. "Əsrin müqaviləsi" respublikanın sosial vəziyyətində dönüş yaratdı. Əgər biz 1997-ci ildə maksimum 9 milyon ton neft hasil edirdiksə, 2010-cu ildə 51 milyon ton neft hasil etdik. Bundan sonra xarici ölkələrin bizə inamı artdı, müqavilələrin sayı 35-ə çatdı. Neftdən gələn gəlirlər bütün respublikasının sosial vəziyyətinin düzəlməsini təmin etdi".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Yatanda ayaqların arasına yastıq qoyun

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər

Paşinyan yenə sərsəmlədi və...

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO