“ARB Günəş” in 3 yaşı tamam oldu

20:35 02-04-2018 | icon 789 | KİV
“ARB Günəş” in 3 yaşı tamam oldu

Telekanal efir vaxtını bütünlüklə uşaqlara həsr edir

 

Bu gün ölkənin ilk uşaq kanalı “ARB Günəş” in 3 yaşı tamam olur. Telekanal 1 aprel 2015-ci il tarixində fəaliyyətə başlayıb. “ARB Günəş” efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

 

Versus.az-ın məlumatına görə, “ARB Günəş”-in istehsalı olan “Biz gələcəyik”, “Mən məktəbli ikən”, “Xəbərdar ol”, “Bizim həyət”, eləcə də “ARB Media Qrup”a daxil olan digər telekanallarla, Bakı Dövlət Universitetinin tədris teleradio studiyası və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn “Dostlar”, “Qiraətçi” və “Məktəblilər üçün oxu” verilişləri tamaşaçıların böyük rəğbətini qazanıb.

 

 "ARB Günəş" azyaşlı izləyicilərə azərbaycan dilində cizgi filmləri təqdim edir.  Yaxın zamanda televiziyada yeni istehsal edilən cizgi filmlərini azərbaycan dilində uşaqlara təqdim etmək məqsədi ilə dublyaj studiyası fəaliyyətə başlayacaq. Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb. "ARB Günəş" “Onlar uşaqlığını yaşaya bilmir” adı altında cəbhə bölgəsində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb.Televiziya ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” adlı aksiya təşkil edir.

 

İstanbulda keçirilən V və VI “Beynəlxalq uşaq mediası konfransı”nda  ölkəmizi  “ARB Günəş”  təmsil edib.

“Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”in  kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.

 

Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirir. Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına  müsbət təsir edən  yayım həyata keçirən “ARB Günəş” gələcəkdə maarifləndirici verilişlərin sayını artırmaqla bir sıra yeni layihələrə də imza atacaq.

 

MİRVARİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin