"İstedadlı uşaqların filmə çəkilməsinə çalışıram"

16:22 17-09-2019 | icon 626 | Mədəniyyət
"İstedadlı uşaqların filmə çəkilməsinə çalışıram"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, R.Hüseynov komitənin iclasında deyib ki, 2018-ci ilin dövlət büdcəsində mədəniyyət sahəsinə kifayət qədər vəsait ayrılmadı.

 

“Azərbaycan Prezidenti mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən sonra mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çox səxavətli bir vəsait ayırdı. Bu da mədəniyyət sahəsinin müxtəlif istiqamətlərinin inkişafına imkan yaratdı. Biz bu il də həmin vəsaitin daha da artırılmasına nail olmalıyıq”, - deyə R.Hüseynov əlavə edib.

R.Hüseynov əlavə edib ki, Azərbaycan mədəniyyəti zəngin olduğundan bu sahənin ümumi inkişafına nail olmaqla digər qüvvələrlə rəqabət aparmaq olar.



Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva isə Azərbaycanda uşaq filmləri və kino sahəsində boşluqların olduğunu bildirib:

“Azərbaycanda istedadlı uşaqların filmə çəkilməsinə çalışıram. Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, bildirildi ki, uşaq filmləri ilə bağlı ssenarilər yazılmır. Uşaq filmləri ilə bağlı ssenarilər yazılmadığından respublikada uşaq filmləri çəkilmir. Bu sahədə bir boşluq var. Axı uşaqların, yeniyetmələrin gələcək tərbiyəsi baxımından bu filmlərin müstəsna rolu var”./Oxu.Az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı