Azərbaycanda ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib

09:49 18-09-2019 | icon 359 | Sosial
Azərbaycanda ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib

Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə 97 uşaq yaşı 16-dək, 448 uşaq 16 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.

2018-ci ildə ölkədə 20 yaşadək qadınlar tərəfindən ümumilikdə 13246 uşaq doğulub.

Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.

Son 15 il ərzində Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il 2011-ci il olub ki, həmin ildə də 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 22 432 uşağın 170-nin anasının yaşı 16-ya qədər, 964-nün anası isə 16 yaşda olub.

Son 15 ildə 16 yaşa qədər qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il isə 2014 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 19 267 uşağın 228-nin anasının yaşı 16-dək, 740-nın anasının yaşı 16, 2328-nin anasının yaşı 17, 6083-nün anasının yaşı 18, 9888-nin anasının yaşı 19 olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?