“Restoranlar ağzına qədər doludur...” - İlqar Məmmədov

10:18 18-09-2019 | icon 246 | Siyasət
“Restoranlar ağzına qədər doludur...” - İlqar Məmmədov

"Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır".

Versus.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu fikirləri Real Partiyasının sədri İlqar Məmmədov şəxsi feysbuk hesabında yazıb.

İlqar Məmmədov statusunda Azərbaycanda orta sinfin olmamasıyla bağlı iddialara cavab verib:

"Birincisi, Real təkcə orta sinfə səslənmir. Amma bu başqa mövzudur. İkincisi, orta sinfin çox tərifi var, bu da olsun ağlabatan daha biri: 10 il əvvəl "The Economist" jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinfə aid etmək olar.

Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq baxçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideyinləri və daha kimlər, kimlər..."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol