Bu strukturlar gücləndirilmiş iş rejiminə keçdi

21:18 02-04-2018 | icon 537 | Siyasət
Bu strukturlar gücləndirilmiş iş rejiminə keçdi

Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib.

 

Bu barədə Versus.az-a ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Məlumata görə, “Aztelekom” və “Bakı Telefon Rabitəsi”nin telekommunikasiya qovşaqlarında müntəzəm növbətçilik təşkil olunub və əməkdaşlar rabitə şəbəkələrinin və seçki məntəqələrində quraşdırılmış kameraların texniki vəziyyətinə baxışı həyata keçirir.

Nazirliyin bütün struktur bölmələrinə rabitə xidmətlərinin, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz işini təmin etmək tapşırılıb.

 

Qurum həmçinin təhlükəsizlik xidmətlərinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsini və mümkün problemlərin aradan qaldırılması üçün qəza xidmətlərinin hazır vəziyyətə gətirilməsini tapşırıb.

Eyni zamanda Bakıda kabel-kanalizasiya qurğuları infrastrukturunun optimallaşdırılması üzrə işlər və tikinti-montaj işləri rabitə şəbəkələrinin işində fasilələrin yaranmaması üçün müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı