Üzeyir Hacıbəyli və milli dərdlərimiz

14:06 18-09-2019 | icon 462 | Cəmiyyət
Üzeyir Hacıbəyli və milli dərdlərimiz

“…bizlər bir-birimizi gözdən salmağa, irəlidəkini itələyib yıxmağa çalışırıq…”

 

Tariximizin ən keşməkeşli bir dövründə yaşayıb-yaratmış, elmin və siyasi fikrin öncüllərindən olan, bəstəkarlıqla publisistikanı qoşa yaşadan, nadir düha sahibi Üzeyir Hacıbəyli xalqımızın milli inkişafında böyük rol oynamışdır. Taleyinə daban-dabana zidd olan üç ictimai-siyasi quruluşda yazıb-yaratmaq düşən mütəfəkkir, siyasi ideyaların dəyişməsindən asılı olmayaraq, həmişə əqidəsinə, milli düşüncə tərzinə sadiq qalmışdır.

 

Çoxçeşidli yaradıcılığı, geniş fəaliyyəti ilə bu universal şəxsiyyət əsasən milli operamızın banisi kimi tanınsa da, ictimai-siyasi fikrin inkişaflnda da, özünəməxsus yer tutmuşdur. Heç təsadüfi deyil ki, ədibin ictimai-siyasi publisistikası əsasən ilk cümhuriyyətimizdən əvvəl və onun mövcud olduğu illərə təsadüf edir. Milli azadlığın boğulduğu sovet totalirazminin bərqərar olduğu illərdə o, demək olar ki, bəstəkar-pedaqoq kimi fəaliyyət göstərmişdir. Çünki bolşevik höküməti çar hökümətindən daha mühafizəkar idi.

Dövrün vəziyyətini əks etdirmək baxımından çox qüvvətli olan, mövcud problemləri çatdırmaqda əvəzsiz olan publisistika janrı Ü.Hacıbəyli yaradıcılığında önəmli yer tuturdu. Çar məmurlarının zülmü altında inləyən xalqın öz hüquqlarından bixəbərliyi, elmsizlik, cəhalət və s. kimi milli dərdlərimiz onun publisistikasının əsas mövzusu idi.

 

Mahir publisist olan ədibin duzlu felyetonları, satirik məqalələri, tənqidi əsərləri məzmun və dil baxımından "Molla Nəsrəddin" ədəbi məktəbi səviyyəsində dayanmış, bəzən də onu üstələmisdir.

İctimai və milli zülmdən cana gəlmiş, avam və nadan xalqın taleyini, hakim təbəqənin özbaşnalıqlarını, milli gerilik və cəhalətimizin səbəblərini kəskin dillə bəyan edirdi.

Dövlət aparatının saxta demokratiya siyasətinə, məzlum xalqın zülm altında əzilməsinə öz etiraz səsini ucaldan ədib yazırdı:

 

"...hökümət ki, dövlət işlərində millətin əl və ayağını bağlayıb və ağzını yumub, ancaq, əmr edir ki, kefi istəyib verdiyi qanunlara millət əməl eləsin..."

 

Xalq kütlələrini əzmək və tabe etmək vasitəsi olan, bir ovuc hakim təbəqənin əlində olan bürokratik aparatın xalqı ixtiyardan məhrum etməsini, gözdən pərdə asmaq üçün millət məclisi açdırmaq, guya kasıb-kusubun qeydinə qalmaq oyununun iç üzünü açaraq yazırdı:

 

"... hökümət çox pis qumarbazdır, özü də cığaldır. Seçki oyununda istəyir ki, camaata bir kələk qurub udsun, yəni bir iş qayırsın ki, dumanın vəkilləri sağ tərəfdən və hökümət nökərlərindən olsun..."

 

Kəndli sinfinin daha acınacaqlı vəziyyətdə olduğunu, səfalət və cəhalət içində saplanıb qaldığını vurğulayan ədibə görə bu bədbəxtlər o qədər avam və məzlumdurlar ki, onların qanını içən məmurlara etiraz etməyi ağıllarına belə gətirmirdilər. Mütiliyə adət etmiş bu binəvalar üçün hamı sahib ixtiyardır:

 

"Heç bir millət yoxdur ki, biz müsəlman kimi xarü zəlil olmuş ola və həmçinin, heç bir sinif yoxdur ki, bizim kəndçi sinifimiz kimi hüquq-mülkiyyət və maliyyə o yana dursun, hüquqi-insaniyyətdən məhrum olub həqiqi məzlum adını gəzdirməyə layiq olmuş ola. Bizim kənd əhli elə bir hala qalıbdır ki, hər tərəfdən narəva münasibətlərə, zalimanə rəftar və hərəkətə səbr və təhə mmül etməyə məcburdur."

 

"Molla Nəsrəddin" ənənələrindən bəhrələnən mütəfəkkir çox dərdlərimizə toxunaraq səbəblərini açıb göstırmiş, bütün bu bəlaların əsas səbəbkarının elə özümüz və iş başında duranlarımızın bacarıqsızlığının olduğunu dönə-dönə qeyd etmişdir. Ağrılarımlza toxunan ədib göstərirdi ki, nədəndir ki, avropadan hədsiz adamlar çıxır və bu adamlar öz ağıl və fərasətlərilə öz millətlırinə maddu-mənəvi mənfəət verirlər, amma bizim içimizdən elələri çlxmır? Və sualına cavab olaraq yazırdı:

 

"... məgər allah-taala bizi qabiliyyətsiz, istedatsız yaradıbdır? Xeyr, bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan şərait buzim dahilər üçün müsait deyildir".

 

Bütün bunların günahını bəzi para ziyalılarda, oxumuşlarda görürdü ki, onlar toplumun şüurunun gözünü açmaq üçün heç bir iş görmürlər. Bizdən fərqli olaraq qonşu millətlər öz millətpərəstlərinin təbliğat və təşviqatı sayəsində xeyir-şərlərini, eləcə də dost-düşmənlərini anlaylrlar.

 

Öz hüquq və haqlarından xəbərdar olub, məmur özbaşınalıqlarına etiraz bildirməyə qüdrətləri çatır. Bizim kimi hüququnu bilməyən millətlər isə həmişə əzab və zillət içərisində qalırlar:

 

"Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an, hər dəqiqə çalışırlar. Bunların hər bir sinfi və silki özü üçün parlaq bur gələcək hazırlamaqdadırlar. Cahil və qafil millət usə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, azuqə axtarmayıb azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən mıhrum olur, yıni yox olub gedir... Hər bir millətin gələcəyi vardır. Bu gələcəyin də yaxşı və yamanlığı millətin özündəndir."

 

Ədib qanımıza işləyən bu mütiliyin, laqeydliyin ilkin mənbəyini bizim digər millətlərdən fərqli olaraq elmsizliyimizdə görürdü. Ən qorxulu və acınacaqlısı isə öz şəxsi xeyrimizi hər şeydən üstün tutmağımız, öz mənfəətimiz üçün başqasının zərər və ziyanını vasitə bilməyimizdir. O ürək ağrısı ilə yazırdı ki, qeyri millətlər öz rifah və səadətləri üçün bir-birinə arxa durur, əl-ələ verərək millətini irəli aparmağa çalışırkən, bizlər bir-birimizi gözdən salmağa, irəlidəkini itələyib yıxmağa çalışırıq:

 

"Buz bir tayfayıq ki, bir-birimizin ayağından çəkirik, bir-birimizin dalınca min cür nalayiq sözlər, iftira və böhtanlar danışıb, heç utanıb qızarmırıq."

 

Bir millətin bədbəxtlik və müsibətlərinin əsl səbəbini onların özlərində görən ədib, əksər məqalə və felyetonlarını "milli keyfiyyətlərimiz" olan yerliçilik, şəxsi-qərəzçilik, mənfəətpərəstlik kimi bədnam alışqanlıqlarımızdan acı-acı söz açırdı:

 

"Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu".

O eyni kəskinliklə milləti cəhalət içində saxlayan savadsız, mühafizəkar din xadimlərini də tənqid atəşinə tuturdu:

 

"Xalqın ruhaniləri millətlə bir yerdə çalışıb qəzetlər nəşr edir və deyirlər: "Dur, ey yatmış, sübhdür". Amma bizim ruhanilərimiz qəzetçilərə lənət oxuyub millətimizə deyir: "Yatın, ey durmuşlar, hələ günortaya çox qalıbdır!!."

 

Dövrün ağır dərlərini geniş surətdə, hərtərəfli əks etdirən müqtədir sənətkarımız milli çəsələlərə humanistcəsinə yanaşır, xalqlararası qarşılıqlı əlaqələrin, xüsusilə qonşu millətlərin bir-birinə münasibətlərinin dostluq və əmin-amanlığa bağlı olması ideyasını təbliğ edirdi. Hələ əsrin əvvəllərində bədxax qonşularımızın pis niyyətlərinin şahidi olan, onların məkrli niyyətlərini yaxşı bilən Üzeyir bəy, xalqı ayıq olmağa çağırırdı:

 

"Ermənilərə etibar yoxdur, çünki, daşnaklar bu milləti etinasız bir dərəcəyə çatdırıblar. Daşnakların hər bir əməlinə şübhə ilə baxıb, zəif yerlərimizi qüvvətləndirmək, ümumi bədənimizi xainanə zərbələrə qarşı hazırlamaq işində möhkəm durmalıyıq..."

 

Bədnam qonşulardan fərqli olaraq təbiətən sadəlövh, şovinist hislərdən uzaq olan millətini yaxşı tanıyan Üzeyir bəy, onları sayıqlıqlarını itirməməyə, bu yamanlıqları unutmamağa çağırırdı:

 

"Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs, bu yaraları görə-görə göz yumub, qulaq örtüb, kor olmaq mümkündürmü, əcaba?."

 

Tarix bir daha sübut etdi ki, uzaqgörən ustadın təlaşı əbəs deyilmiş. Hər şeyi unudub, göz və qulaq örtmək bizim həmişəki peşəmizdir ki, tərgitmək müşkül məsələdir. Və bədxah qonşularımız da həmişəki kimi bundan məharətlə istifadə edərək öz məkrli planlarını həyata keçirdilər. Əsrin əvvəlindəki faciəvi soyqırımı əsrin sonunda yenidən təkrarladılar.

 

Təbi ki, ustad sənətkar içdəki düşmənləri də unutmurdu. İlk parlamentimizin açılış günü münasibətilə yazdığı "Tarixi gün" adlı məqaləsində bəzi partiya və cəmiyyət nümayəndələrinin qərəzli münasibətini kəskin tənqid edirdi:

 

"Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti azad və sarbəst görmək istəmirlər; Qulaqlar var ki, lal edilmiş bir millətin dilinin bu gün acılıb da söz söyləməsini eşitmək istəmirlər; Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını qəbul etmək istəmirlər".

 

Ədib eyni zamanda bu tarixi hadisədən qürur hissi və fəxrlə söz açırdı:

 

"Parlamanımız açıldı... Parlaman imarətinin içində zinət cümləsindən calabi-diqqət olan şey qiymətli deyildi, bəlkə mahiyyəti milli və siyasi dedikcə baha olan şey üç rəngli bayrağımız idi. M. Ə. Rəsulzadənin fəxr etməli nitqində" Bu bayraq endiriləməz"- dedikdə bütün məclis ayağa qalxıb təəssürati-fövqəlaləmdən başımın tükləri biz-biz durdu".

 

Demək lazımdır ki, Üzeyir Hacıbəyli bütün ömrü boyu xalqının səadəti, rifahı, azadlığı uğrunda yorulmadan mübarizə aparmış bir şəxsiyyətdir. O dönə-dönə olanlardan nəticə çıxarmağı, qonşulardan ibrət götürməyi, tərəqqinin qapılarını sonuna qədər açmağı tövsiyə edirdi ki, bu da elm və təhsil ilə mümkün idi. Onun fikrincə gələcəyimizin təminatı gənc nəslin təlim-tərbiyəsindən asılı idi ki, buna xüsusi diqqət yetirilməli idi. Tərbiyə öncə ailədən başladığı üçün ilk növbədə valideynin özü tərbiyə cəhətdən kamil olmalıdır:

 

"Zənni-acizanəmizcə camaatımızın başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi elmsizlik ucundandır. Ona görə vazehdir ki, camaatı təlim etmək lazımdır".

 

Ədib eyni zamanda müəllimləri də unutmur, ən ağır yükün onların çiynində olduğunu bildirərək, göstərirdi ki, uşaqların tərbiyəsini hər müəllimin də ixtiyarına vermək olmaz, müəllim hər cəhətdən şagirdə örnək biri olmalıdır.

 

Gördüyümüz kimi görkəmli mütəfəkkirimiz musiqi sahəsində olduğu kimi, publisistikada da bizə zəngin irs qoyub getmişdir. Xalqın elə bir problemi, dərdi yoxdur ki, bu yaradıcılıqda öz əksini tapmasın. Üzeyir Hacıbəyli elə nadir, dahi şəxsiyyətlərdəndir ki, onun zəngin irsindən, bizlərə qoyub getdiklərindən yazdıqca yazmaq, danışdıqca danışmaq olar. Bu qısa yazımızı ömrü boyu taleyini xalqının taleyindən ayrı bilməyən, həmişəyaşar İnsanın keçən əsrin əvvəllərində dediyi, əsrimizin bu günü ilə çox gözəl səsləşən bir tövsiyyəsi ilə bitirmək istərdim:

 

"... daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşk ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edək!.."

 

Pakizə Babazadə
/İsveç-Bakı/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür