“Xəstəlik artdıqca, oynaqlar daha az hərəkətli olur”

12:25 19-09-2019 | icon 1196 | Sağlamlıq
“Xəstəlik artdıqca, oynaqlar daha az hərəkətli olur”

Nərminə Abbasova: “Bu xəstəlik xroniki narahatlıq, uzun sürən kədər, sarsıntı, qəzəb hallarından baş verir”

 

“Artorz - oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq boşluğunda oynaq mayesinin azalması, yaranmış nahamvarlıqlar şikayətlərin yaranmasına səbəb olur.

 

Bunu Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova Artorzla bağlı açıqlamasında deyib.

Həkim-terapevtin sözlərinə görə, normada oynaq səthləri arasında sürüşmə baş verir, əks halda, yəni nahamvar olduqda isə ilişir və sürtünmə ilə qığırdağın zədələnməsi ehtimalının artmasına səbəb olur:

 

“Artroza ən çox səbəb olan amillər yaş, travmalar, artıq çəki, irsi və stress faktorlarıdır.

İnsanlarda yaş artdıqca qığırdağın keyfiyyəti pisləşir, bu isə onun müxtəlif travmalara qarşı davamlılığını - dözümlülüyünü azaldır. Oynaqlarda baş verən bir travma belə məsələn burxulma, bağların zədələnməsi, sınıqlar və sair artrozun əmələ gəlməsinə şərait yaradır. Həmçinin travmaların mütəmadi baş verməsi oynaq üçün zərərli hesab edilir.

Artıq çəki faktoruna da diqqət verilməlidir. Oynağa həddindən artıq yükün düşməsi və ya uzun müddət artıq dərəcədə yüklənməsi də artrozun yaranması üçün mühüm səbəblərdən biridir. İrsi və stress faktorlarına gəlincə, alimlər də belə düşünür ki, artroz özü irsi olaraq ötürülmür. Lakin maddələr mübadiləsinin xüsusiyyətləri qığırdaq toxumasının quruluşu və skeletin zəifliyi kimi əlamətlər valideynlərdən genetik olaraq övladlara ötürülür. Ona görə valideynlərdə və yaxın qohumlarda ağır formalı artroz xəslələnmə halları qeyd edilən şəxslərin bu xəstəliyə tutulma riski bir neçə dəfə artıq olur”.

 

Nərminə Abbasovanın sözlərinə görə, uzun müddət ərzində baş verən stresslər zamanı insanın böyrəküstü vəziləri kortikosteroid hormonlarını (“stress hormonları”-red.) artıq miqdarda ifraz edirlər:

 

“Qanda “stres hormonlarının” artması öz növbəsində oynaqların qanla təchiz edilməsinin pisləşməsinə və oynaqdaxili maye istehsalının azalmasına səbəb olur. Bu isə əksər oynaqların normal funksiyasının pozulmasına gətirib çıxarır. Beləliklə, xroniki stresin yuxarıda sadalanan mənfi faktorlarla birgə olması nəticəsində artroz xəstəliyi inkişaf edir. Bu zaman söhbət heç də bir gün ərzində olan həyəcanlardan getmir. Artroz, adətən, uzun müddət davam edən həyəcanlanmalar, evdə və ya işdə olan xroniki narahatlıqlar, uzun sürən kədər, sarsıntı, qəzəb, əsəbiləşmə hallarından baş verir”.

 

Artrozun əsas əlamətlərinə gəlincə, Nərminə xanım bildirdi ki, bunlar oynaqlarda ağrı, oynaqdaxili xırıltı, oynaqda hərəkətliliyin azalması, oynağın deformasiyasıdır:

 

“Oynaqda ağrı adətən, fiziki gərginlik zamanı, məsələn, gəzinti, pillələrlə qalxıb-enərkən, oturaq vəziyyətdən qalxdıqda, qaçış, idman hərəkətlərində yaranır və sakitlik halına keçdikdə, oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir. Oynaqdaxili xırıltıya gəlincə, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq bu zaman onlarda ağrı olmur”.

 

Həkim deyir ki, xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi adətən zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur. Oynağın deformasiyası isə əl barmaqları oynaqlarında daha çox nəzərə çarpır.

 

Artrozun profilaktikasının düzgün qidalanma, artıq çəkidən və oynaq travmalarından qorunmaqdan ibarət olduğunu vurğulayan Nərminə xanım bu xəstəliyin müalicəsi üçün həkimə müraciət etməyi vacib saydı.

 

 

DİQQƏT!

Əgər Artorzla bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı