Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!

14:36 19-09-2019 | icon 94 | Köşə
Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!

Günün şüarı: “Kütlə ilə işləmək, Kütlə ilə qalib gəlmək, Kütləni qurban vermək!”

 

- Üzeyir Hacıbəylinin 135 illiyində təqsdiqlənməsi ÜMİDiylə Ümid Partiyasının başqanı İqbal Ağazadənin ad gününə təbrik əvəzi -

 

Həh-h! Həmən beyinlərdə işıq sürətiylə fırlandı keçdi e – Aydın Canıyev “dostu, qardaşı” İqbal Ağazadəni qaldırır göylərə ki, “bu çətin zamanda” “yaşasın”! Elə düşünənin ağlına keçə yamayım – İqbal Ağazadə dünənə qədər ən sərt tənqid etdiklərimdən olub illər uzunu, hətta oracan ki, gəlib “İdeal”ın redaksiyasını “vırtıvolo” eləyib. Özü də nə üstündə? Dostlar “dezo”larla, adamı pambıq xaral kisələrə doldurulan misalı, doldurublar e. “Ay 100 “şirvan”ımı vermir”, “ay blinçikləri gizlədirdi”, “ay türmədə dostlarını satıb”, “ay...”, hətta görüşməyimizi faciəyə çevirən, “Aydınla görüşməsən yaxşıdır” israrında olanlar olub. Ancaq Qarabağ və Azərbaycan Xalq Hərəkatı yarananda təmas yarandı, onda da məni bəzi “Qarabağsevər”, Qarabağ mövzusunun və mübarizəsinin “monopolistləri” hədəfə alanda buzlar əridi...


Adamla başladıq ADAM kimi, adam DİLİNDƏ danışmağa – vasitəçi dostlarsız daha səmimi alındı! Əvəz Zeynallı sağ olsun! Elə Pənah Hüseyn də və başqaları... – tədbirlərində olduqca Adamın çəkinmədən hər kəslə polemikaya üzünün açıq, alnının ağ olduğunu gördükcə, “dostların” daldeylərdə söylədiyi “komplo”lar, “dezo”lar getdi “malay mıxı”na!


Bəli, əfəndi oxucular, haqlı olarsınız ki, “Üzeyir Hacıbəyovun ad günündə elə Üzeyir Hacıbəyovdan bu boyda yazardın” deməkdə, onda da heç əlli faiz də yox! Bu yazı elə Üzeyir Hacıbəyovun xatirinə yazılır, amma və lakin... İqbal Ağazadədən!


... Dahi Üzeyir bəy kitab-dərslik yazdı, film çəkdi, opera, ariya, romans, mahnı bəstələdi, qəzet buraxdı... Ki, millətini ziyalılar - elm-üləma xilas etsin, irəli aparsın! Nə oldu?


Heç nə!
Üzeyir bəy 100 il qabaq nətəri yazmışdısa Fransada, Almaniyada, İngiltərədə qəzet bağlansa nə olar, bizdə bağlansa nə olar, elə həmən həməndi! Dəyişib? Yox! Deməli, “Üzeyir Hacıbəyov haqlı deyildi” demək düz olmadığından, deməliyik ki, bu xalqa Üzeyir Hacıbəyov yox, ya Heydər Əliyev, ya da İqbal Ağazadə lazımdır! Çünki hələ də ümidimiz... KÜTLƏYƏ qalıb. Bir millətin ki, xilası "əvvəl gödəniyyət, sonra mədəniyyət" olan kontingentin ümidinə qala, o milləti YAP, bağışlayin, LAP yazasıydım, I Heydər - Heydər Əliyev də ola, xilas edə bilməz, necə ki edə bilmədi...


İndi də vəziyyət elədir ki, ya gərək İqbal Ağazadəni seçəsən, ya da II Heydəri – İqbal Ağazadəni seçməsən, II Heydəri həzm eləməli olacaqsan! 2003-də seçdiyin İsa Qəmbəri prezident etmək üçün birdəfəlik ölmədin, illərlə tikə-tikə (bir, bir, iki-bir, üç-bir) öldün, bu dəfə də elə olacaq! Daha kəskin, daha ciddi davam edəcək...
Niyə məhz İqbal Ağazadə!?


ÇÜNKİ: AXCP başda Əli Kərimli olmaqla tam 25 il ziyalıları və mübariz müxalifləri xərclədi! Hər dəfə məğlub olmağıyla iqtidar sıradan çıxartdı!


ÇÜNKİ: Müsavat tam 25 il idarəetmədə bişmiş, oturuşmuş, yetişmiş kadrları xərclədi – Heydər Əliyevdən, Kommunist Partiyasından (eləcə də AXCP-Müsavat hakimiyyətinin diri qalan bir qismi) məhvərlərindən qopduqca, ayrıldıqca, rəncidə düşdükcə, Müsavata üz tutdu (indi Gültəkin Hacıbəylinin İlham Əliyevin yanından Əli Kərimlinin yanına gəlməyini qəhbə qaxıncına döndərənlər Rasim Musabəyovun, Qabil Hüseynlinin və b. hara sığındıqlarını unudurlar – onda Müsavat necə haqq qazandırırdısa, AXCP də ondan yararlana bilər)...
Bütün kadr potensialı, necə deyərlər, partiya-sovet quruculuğunun fədailəri sonda şahid oldular ki, AXCP-Müsavat YAP-la “obmentovar” edir – YAP “otxod”larını AXCP-Müsavat reabilitasiya edir, AXCP-Müsavat “otxod”larını (Aynur Camal, Fazil Mustafa və b. timsalında) YAP.


Arada bihörmət edilən ziyalılar daha xalqı düşünmədilər, düşünmək və danışmaq haqqını itirdilər – bu, AXCP-nin və “Azadlıq” qəzetinin postmodern düşüncəli “ədəbiyyat buntarları”nın sayəsində qəşəng alındı: o ayrı söhbətdir ki, sonda o “buntar”ların, qlobalistlərin, sartristlərin ən bərkgedəni xislətinə uyğun olaraq, elə “Azadlıq”ın da üstünə işədi getdi, bir az yumşaqları Fərhad Əliyevin, Eldar Mahmudovun küçüklüyündə bulundular!


Doğrudur, bunda Əli Kərimlinin heç bir günahı yoxdur – arvad almaq qarpız almaq kimi bir şeydirsə, “soratnik”-silahdaş seçmək də prezerzativ seçmək kimi bir şeydir, bilmirsən axı hansı halda cırılacaq! “sopramat”ının – “materaillar müqaviməti”nin “texniki göstəriciləri”ndə yazılmağıynan deyil ki! Necə ki, gurultulu yazıların müəlifləri sonda bir evə sığışmış oldular!


İndi İsa Qəmbər və yaxud da Əli Kərimli neyləsin ki, Anara ölüm arzulayan “cahanşümul” ziyalısı, ədibi, nasiri, şairi Elçini baş tacı bilir?


İndi Əli Kərimli neyləsin ki, onun bu “cahanşümul” ziyalısı, ədibi, nasiri, şairi Anarla təqaüd qırğınındadı, amma Elçin buna ev xahişi edib!


Guya Elçin Anardan yazıçı olaraq daha pozitivmiş, mütərəqqi imiş, xalqa yaxın imiş. Səhərdən axşamacan iqtidarı söyür ki, ədəbiyyata qayğı yoxdur, ordan ora da (guya da!) bilmir(di) ki, ədəbiyyatın kuratoru elə Elçin idi!


Əlqərəz... təfsilata, eyni zamanda düşük xırdaçılığa yuvarlanmadan deyək ki, bu xalqın ziyalılarını və qəhrəmanlarını xərcləyib qurtarıblar... əlahəzrətlərin sayəsində və... Heydər-Ilham Əliyevlə birlikdə bir ələ oynamaqla. Əgər iqtidar həbslə, şantajla, şərləyərək məhv etdisə, bunlar da ehtiyat oyunçular skamyasında saxlatmaqla: “Messini meydana buraxma, sonra da gəl de ki, Ronaldu dünyanın ən yaxşısıdı!” Təxminən belə!
Heydər Əliyevin uzaqgörən, İlham Əliyevin mükəmməl yerinə yetirdiyi siyasət və AXCP-Müsavatın faktiki mütiliyi sayəsində bu günkü yaşam nəsibimizdir və ölkə qalıb... kütlənin ümidinə!
Mən özümü “ağıllı” göstərib Qustav Lebonun “Kütlə psixologiyası”, nə bilim, Freydin “Psixoanaliz” şedevrləri üstündə gəzişmələr etməyəcəm. Mənlik və bizlik deyil. Bizimki köntöy, latayır, pərtöy kəndçi dilidir və elə belə də deyilməlidir.


Bu gün guya Anar, Elçin, Rüstəm İbrahimbəyov çıxıb desə ki, durun Əliyə, İsaya səs verin, kimsə qımıldanar, qıpırdanar?
Özünüzü aldatmayın! Bu xalq onları tanımır!
Guya Asif Məhərrəmov, Tofiq Yaqublu, İlqar Məmmədov, nə bilim kimi istəyirsiniz yazın qəhrəmanlarınızdan, durub desələr ki, İsa bəyə səs verin, bu xalq qımıldanar, qıpırdanar? Üstəlik də bihörmət edilməyən ziyalı saxlayıbsınız ki? Özünüzü aldatmayın!


Onları AXCP-Müsavat çoxdan xərcləyib – iqtidara şans tanımaqla ki, əzin bunları. Hələ bu azmış kimi, İlham Əliyevdən sonra İlqar Məmmədovu AXCP də sementüyütmə zavodunun ixtiyarına verib! Hakimiyyətin hədəfə aldığı adamı xətcləyən Əli Kərimlinin AXCP-ni və özünü hədəf alanın anasını sevməyəcəyini istisna etmək siyasi korafəmlik olar!


Məxləs, İqbal Ağazadənin ad günü bəhanədir, vaxt daralır, sadəcə... ad günü bəhanəsiylə növbəti qorxuncluğu ifadə edirəm – zəng edib özüm də özünü təbrik edə bilərdim.


Çatdırmaq istədiyim bu: Azərbaycan çox təhlükəli bir durumda - məhz ona görə ki, onun taleyi kütlədən asılıdır! O kütlədən ki, ən böyük sərvəti SƏSidir. Özünün də dəyərini, qədərini bilmədiyi, amma gücü... sunami, qasırğa, tornado olan səsi! – S-300, S-400, “Şahab-1000”, “İsgəndər”, nə bilim, neytron, hidrogen bombası kimi!


Faciə budur – ziyalısı və qəhrəmanı yaralı barmağa ilkin tibbi yardım qabiliyyətini kayb etdiyindən, dövlət və ölkə təhlükə qarşısında qalıb – loru və kriminal dillə desək, özünü tanımayanların ümidinə. Bu tendensiyanın sovet rejiminə mənsubluğunu anlamadan davam etdirməyin nəticəsidir! Bir kitablıq ad yazıb vaxt almaq istəmirəm – sovet dövrünün nəhənglərinə baxın: necə kirə çıxardıblar! Müstəmləkəçi rejim öz payına, müstəqillik aşiqləri öz payına! Təkcə Əli Kərimlini Heydər Əliyevə, İlham Əliyevə calaq edib günahlandırmaq tam ədalətlilikdən yayındırar, fəqət... nəticə ürəkaçan deyil!


Bax, bu günün reallığı bu: İngiltərədə olan da, Almaniyadakı da, Bakıdakı da “əlatəş, əlaman” edir ki, ay xalq, oyan!


Ziyalısı və potensial kadr ordusu ilə heç nə edə bilməyən müxalif cameənin hərəkət imkanları sıfıra düşüb. Hətta elektoratı klan (“naxyer” və ya “yernax”) olan AMİP-in də hakimiyyətə təsir rıçaqlarını qurban verməsi, alver predmetinə çevirməsi vəziyyəti daha da gərginləşdirib!


Dini kəsimə ümumiyyətlə bel bağlamaq olmaz, etnik münaqişələrə meylli regionlarla iş tam bərbad!
Yeganə çıxış yolu (bu gün üçün! Ola bilər, beş il sonra biz tamam yeni bir mütərəqqi gəncliklə meydanları fəth edə bilərik, belə olduğu təqdirdə belə, onların yükünü ağırlaşdırmamaq üçün bu gün vəziyyəti dəyişməliyik!) kütləyə sığınıb, kütləni ayağa qaldırıb, qurbanları kütlədən verməliyik! Zatən də artıq ziyalımız və qəhrəmanlarımız “çujoy poxmel” qurban gedib!


Hitler həm öz xalqının, həm də yəhudi xalqının “sanitarı” oldu – elə bilirsiniz, alman xalqının içində “allah mənim ömrümdən kəssin fürerə versin” deyənlər yox idi!?


Təsəvvür edin, camaat içinə çıxanda istəyirsən vəziyyətin kritikliyini çatdırasan, qoyun oğlu qoyun elə bircə şey bilir: gördük də! Demək istəyirsən ki, gördüyünü görmüsən e, amma anladığın bir şey olubmu, ay qoyun? Olmayıb axı!


Maaşını artırmırlar, pensiyasını artırmırlar, vergilərini artırıb çıxarıblar kəlləçarxa, pensiya yaşını qaldırıblar yaşanmayacaq qədər, əvəzində gəlib məsciddə, məktəbdə, evinin içində qızlarını zorlayırlar, hələ də ayılmayıb – qeyrəti oyanmır, namusunun keşiyini çəkmir, bir səsi var, onu da aparıb atıb “bülleten qəbristanlığı”na... bu hakimiyyət də “maşın qəbristanlığı”ndan ehtiyat hissələri yiğıb iş aşıran işbazlar kimi o səslərlə istədiyini edir!
Əgər bütün bunlar YAP iqtidarı zamanı təşəkkül tapıbsa, günah nə qədər YAP-dadırsa, elə o qədəri də... özünü ana müxalifət sayan, sayılan AXCP-Müsavatdadır! Bu günü görnədiklərinə, təxmin etmədiklərinə və qabağını almaq üçün səbr göstərdiyinə görə!


İqbal Ağazadəni bu işlərdə günahlandırmaq mümkün deyil – demirsiniz böyük deyil?
Bəli, bu günahlara meydan verəcək qədər böyük deyildi, amma qabağını almaq şansında!
Bəli, bu ölkənin ziyalı və kadr potensialını “rasxod”a verməyib!
Bəli, “gəlirik” deyib, getməyib!


Bəli, bütün parametrlər üzrə ən optimal variantdır: xalqı kütlə xilas edə bilər, İqbal Ağazadə hələ bakirə qalan kütləylə işləyə bilər – bu... onun mükafatıdır!


Bəli, İqbal Ağazadə seçkiylə mümkünlüyün iddiasındadır, buraxın seçkiyə, kütlə hal-hazırda yalnız təzə ad həvəsindədir! Bu kütlə pafos və publik populistliyin ölüsüdür!


İqbal Ağazadə bunu çox mükəmməl bacarar – 1993-dən bu yana çox şey öyrənib!
Bəli, bu kütlə “mən sənin üçün ölümə hazıram” deyəni gözləyir – İqbal Ağazadə yalan-doğru, deyir mən hazıram! Buraxın, qoy ölsün, qoy öldürsünlər!


İsa Qəmbər ölümdən yayındı, Əli Kərimli “Çarlinin mələkləri” kimi qorunur ölümdən, İqbal Ağazadəni verin “rasxod”a – guya da siz çox humanistsiniz, istəmirsiniz kiməsə qıymağı!?


İqbal Ağazadədən soruşun, desin hakimiyyət dəyişikliyi olarsa, ölkədə nələr baş verər, hansı təhlükələrlə üz-üzə qalacağıq və necə xilas olacağıq. Ondan başqa heç kim sizə doğrusunu deməz, hamı elə “Elçibəy yolu” gedəcək: “ordan sərhədi bağlayacağıq, burdan sərhədi bağlayacağıq, burdan bəyanat verəcəyik, ordan Dəmirəl gələcək, vəssalam, Azərbaycan xilas oldu!” Bundan artıq deməyəcəklər və dedikləri elə bunun üstündə olacaq!


Təsəvvür edin ki, vəziyyət nə yerdədir: hətta bu iqtidarın şərlədiyi adam belə həqiqəti deyəndə, az qala, iqtidar trolu yerində qalır! 25 il müxalifətdə qalmaq Azərbaycan kimi ölkə üçün həm də bu deməkdir! Mahiyyətdə olmasan da, faktiki dönüb olursan iqtidarın trolu! Təsəvvür edirsinizmi: Cavanşir Həsənli götürüb xaricdə məmurlarımızın mülklərini üzə çıxardır, ona şərhlərdə nə yazsalar yaxşıdır? – Lap elə belədir, sən kimsən?
Anlayırsınızmı?


Tez-tez Moskva yollarında uzun uzadı uzanan tıxacları görəndə ağlıma bilirsiniz nə gəlir? Azərbaycandakı “trol ordusu” – oğraşlıq eləməyə təmənnasız növbəyə duranlar!


Vaxtında şairinin, nasirinin, ziyalısının bir qisminin Heydər Əliyevin prezident təqaüdünü almağına göz yuman, bir qismini söyən müxalifətin mütəvaziliyi çox baha başa gəlir!


53 yaş kifayət qədər müdrik yaşdır ölkə rəhbərliyinə gəlmək üçün! Və İqbal Ağazadə bu vətənə, bu ölkəyə ən layiqli qurbandır! Onu bu vətənə, bu dövlətə qurban verməyə dəyər!
Buraxın onu kütlənin cənginə!


Buraxın onu seçkiyə və qoy kütləylə işləsin, sizə ölkənin taleyini gələcəkdə həll etmək üçün ziyalılar və kadrlar ordusu versin!


Sizdə kütlə ilə işləmək cəsarəti və fərasəti yoxdur!
Zaman sübut etdi ki... 25 ilə AXCP və Müsavat qarşısına məqsəd qoymadı ki, hər bir üzv evində bir müxalifətçi böyütsün! İndiyə müxalif qüvvələrin sayı ən azından iki dəfə artmışdı və düşünmədən ölümə getmək adıyla hakimiyyətə gəlmək olardı! Əvəzində bu ölkənin iqtidarı “hərəmiz bir ağac əkək” kampaniyası keçirtdi!
Qəzan mübarək, İqbal Ağazadə! Sizə ad gününüzdə kütlə məhəbbəti və kütlə qələbəsi arzulayıram! Ziyalı sevgisinə, məhəbbətinə həsəd xalqın kütlə ÜMİDini xərcləməyə yəqin ki vicdanınız yol verməz!
Uğurlar!

 


p.s. Ad gününə iki gün qalmış İqbal Ağazadəni təbriklərə başladılar – doğrudan da, şahsevən xalqıq! Ən azından bu faktdan yararlanmaq olar - əgər hələ Prezident olmayan İqbal Ağazadənin ad gününü iki gün qabaqdan təbrik etməyə hazır olan ciddi-ciddi adamlar varsa, yaşadıq, dədə! KÜTLƏNİN İqbal Ağazadənin dalınca gedəcəyinə tam əmin olmaq olar!


p.p.s. 1993-cü ildə “Respublika” qəzetində yazmışdım: “Bütün xəstələr döyüş bölgəsinə göndərilsin!” – hərə pul verib, xəstəlik kağızı alırdı, döyüşdən yayınırdı. Mən də yazdım ki, erməniylə üz-üzə döyüşməyə sağlam oğullarımız gedir, öldürürlər, qalan xəstələr olur. İkitərəfli genefondumuz məhv olur, odur ki, xəstələri göndərək, heç olmasa, öləndə də şəhid adı qazansınlar, day “9b” almadılar... Lənkəranda!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

ALDP sədri avropalı diplomatla görüşüb

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"