“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir

23:10 19-09-2019 | icon 544 | İqtisadiyyat
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı uğurla davam edir. Cəmiyyətin əməkdaşları hər gün reyni vaxtda respublikanın bütün bölgələrində vətəndaşlara səyyar satış xidməti göstərirlər.

 

Versus.Az xəbər verir ki, ASC-dən verilən məlumata görə, cari həftədən etibarən Cəmiyyətin üçüncü səyyar satış qrupu xidmətə başlayır. Belə ki, 20-21 sentyabr tarixində Xaçmazın Susay kəndində həm bu kəndin, həm də qonşu kəndlərin fermer təsərrüfatı sahibləri üçün iki günlük səyyar satış xidməti həyata keçiriləcək. Bu xidmətlərin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin