Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

23:37 19-09-2019 | icon 41 | Geopolitika
Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

 

Səfir qeyd edib ki, bəzi xəbər saytlarında Türkiyədən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı xəbəri alan kimi Türkiyə rəsmi məqamları ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat alınıb.

 

Səfir qeyd edib: "Ankarada rəsmi məqamlardan bizə verilən açıqlamada bu gün Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib".

O əlavə edib ki, azərbaycanlıların Türkiyədən kütləvi şəkilə deportasiya edilməsi barədə söz belə gedə bilməz.

Səfir bildirib ki, əksinə Türkiyədəki azərbaycanlıların problemlərinin həll edilməsi iki gün əvvəl vitse-prezident Fuat Oktayın Bakıya səfəri zamanı əsas aktual məsələlərdən biri olub:

"Biz bu məsələdə Azərbaycanın aidiyyatı qurumları ilə davamlı olaraq əlaqə saxlayırıq, bu problemlərin həlli üçün də əlimizdən gələn bütün işləri edirik və yaxın zamanda bu problemlər öz həllini tapacaq"./trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

İsgəndər Həmidov AXH və öz barəsində yayılan xəbərləri təkzib etdi

Döyüş xatirələrində yaşanan həqiqətlər

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!