Ermənistana növbəti xəbərdarlığın ardınca GÖZLƏNİLƏNLƏR
Ramil Hüseynov: “Sülhməramlıların yanında əsgərimizə atəş açılırsa, deməli, onlar da burda maraqlıdır”
“Ölkə başçımız Ermənistanı dəfələrlə sülhə çağıraraq onlara xəbərdarlıq edib. Ermənistan o zaman da buna əhəmiyyət vermədi, nəticədə layiqli cavabını aldı. Daha da “böyümək” iddiası ilə işğal siyasətini, hərbi təxribatlarını davam etdirərkən ordumuz onları məhv etdi. İndi yenə də o riyakar, terrorçu təfəkküründən, vandal prinsiplərindən qurtula bilmir. Yenə də Ermənistana növbəti xəbərdalıqlar edilib. Əgər erməni nankorları bu təxribatlardan əl çəkməsələr, bu dəfə “Dəmir yumruğu” başqa cür endirmək lazım gələcək”.
Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Ermənistan silahlı bölmələrinin Gorüs istiqamətindən, Qarabağda qalan separatçıların isə sülhməramlıların missiyasına daxil olan ərazilərdən Ordumuzu atəşə tutması ilə bağlı açıqlamasında bildirib.
R.Hüseynov qeyd edib ki, Azərbaycan diplomatik addımlarla öz milli maraqlarımızı, milli mənafeyimizi qorumaq, suverinliyimizi tam bərpa etmək üçün uzaqgörən, sərrast addımlarını atır. Lakin danışıqlara tabe olmursa, bizə başqa çarə qalmır:
“Biz erməni xislətini və ikiüzlülüyünü tarixin müəyyən mərhələlərindəki reallıqlar müstəvisində sanki heç vaxt diqqətə almamışıq. Yaxud, bizə qarşı maraqlı güclərin yönəltdiyi imperialist siyasət nəticəsində zaman-zaman erməni revanşizmi, terroru, soyqırımları, torpaq işğalları ilə üzləşməyimizə şərait yaradılıb. Tarix sübut edir ki, ermənilər dünyanın ən əqidəsiz tör-töküntüləridir. Bu cinayətkar xalq bundan da ağır sözləri haqq edir. “Böyuk Ermənistan” xulyası ilə Azərbaycanı, az qala bütün dünyanı hədələyən haylara başa salan yoxdur ki, bu gün kiçik Ermənistan olaraq mövcudluğunuzu təhlükə altında qoyursuz”.
R.Hüseynov eyni zamanda qeyd edib ki, rus sulhməramlılarının nəzarəti altında olan ərazilərdən erməni qeyri-qanuni silahlı birləşmələrinin ordu hissələrimizi atəşə tutmasının məsuliyyəti həm də sülhməramlıların üzərindədir. Onun fikrincə, erməni terrorçuları rus sülhməramlılarının yanında Azərbaycan əsgərinə atəş açırsa, deməli, sülhməramlılar da burda maraqlıdır:
“Biz humanistlik göstərib ermənilərin müharibədən sonra ərazidən çıxmasına şərait yaratdıq, onlara Laçından yol verdik, onlara silahı yerə qoyub sülhə gəlmələri üçün zaman tanıdıq. İndi belə çıxır ki, biz ermənilərə həddən artıq humanistlik göstərmişik və bu gün bunu aradan qaldırmaq, ən sərt tədbirlərə əl atmaq lazımdır. Erməni separatçılarını tamamilə bölgədən uzaqlaşdırmaq üçün real hərəkətə keçmək lazımdır”.
R.Hüseynov bildirib ki, bu gün regionda sülməramlıların fəaliyyətini izləyən Monitorinq Qrupu fəaliyyət göstərir və butun bu faktlar fiksə olunur. Onun fikrincə, həmin o faktlar bizə gələcəkdə beynəlxalq hüquq çərçivəsində ədalətli və huquqi addımlar atmaq imkanı yaradır:
“Ona görə də ermənilər, onların havadarları dünyada baş verən proseslərə bir daha diqqət etsinlər və bu təxribatların gələcəkdə onalara nə vəd edəcəyini düşünsünlər”
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"