Arıqlamaq istəyənlər üçün ideal desert

11:04 20-09-2019 | icon 465 | Sağlamlıq
Arıqlamaq istəyənlər üçün ideal desert

Əncir eramızdan əvvəl becərilən qiymətli bitkidir. Ən qədim mədəni bitki hesab edilən əncir ağacını XVI əsrin axırlarından tanımağa başlayıblar. Əncirin həm təzə meyvəsi, həm də qurusu müalicəvi əhəmiyyət daşıyır. Onun tərkibi A, B1, B2, C vitaminləri və minerallarla zəngindir.

Versus.Az AZƏRTAC-a istinadən bildirir ki, Abşeron yarımadasında becərilən əncirin "Sarı sabahi" və ya "Sarı əncir" növləri xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, nazik qabıqlı və sarı rəngli meyvələri var. Qara əncirin irisi, sarı əncirin xırdası daha keyfiyyətlidir.

Əncir orqanizmə qida vasitəsilə daxil olan şəkərin piyə çevrilməsinə mane olur. Əncir kifayət qədər kalorilidir. Təzə əncirin 100 qramında 63, quru əncirin 100 qramında 284 kalori enerji var. Tərkibində külli miqdarda lif olduğuna görə az kalorili pəhrizlərdə ondan istifadə əlverişlidir. Quru əncirin tərkibində 2 qram lif var və bu, gündəlik lif ehtiyacının 20 faizini təşkil edir. Əncir arıqlamaq istəyənlər üçün ideal desert sayılır. Əncirdə hər iki - həm həll olunan, həm də həll olunmayan lif növünün birgə olması meyvəni çox əhəmiyyətli qidaya çevirir.

Əncirdəki aktioksidantlar orqanizmdə kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri təsirsiz hala gətirir və hüceyrənin məhv olunmasının qarşısını alır. Əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur və mikroorqanizmlərə öldürücü təsir göstərir.

Tərkibində kalsiumun çoxluğuna görə əncir portağaldan sonra ikinci meyvə sayılır. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsium saxlayır. Onu uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirirlər.

 

Asqırma, öskürək və soyuqdəymə zamanı süddə bişirilmiş əncirin öskürək əleyhinə, tərqovucu və qızdırmasalıcı vasitə kimi qəbul edilməsi tövsiyə olunur. Tərkibində dəmir maddəsi alma meyvəsində olandan daha çoxdur və ona görə də dəmirdefisitli anemiyalarda geniş istifadə edilir.

Kaliumun miqdarına görə badamdan sonrakı yeri tutan əncir həmin xüsusiyyətinə əsasən ürək döyüntülərinin artması və döş qəfəsində ağrılar zamanı istifadə olunur. Əncirin tərkibində olan maddələr qandurulaşdırıcı təsir göstərir, damarlarda qanın tromblaşmasının qarşısını alır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür