Millət vəkili Aprel Zəfəri şəhidlərimizi anım tədbirində çağırış edib

14:02 03-04-2018 | icon 739 | Qarabağ
Millət vəkili Aprel Zəfəri şəhidlərimizi anım tədbirində çağırış edib

“Təki Vətən  yaşasın”

 

Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərinin ikinci ildönümünə həsr olunan “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin və “ASAN” Xidmətin təşkilati dəstəyi ilə “Təki Vətən  yaşasın” adlı tədbir keçirilib.

 

Versus.az-ın məlumatına görə, təqdimatda aprel şəhidlərinin valideyn və doğmaları, yaxınları, həmin günlərin ab-havasını yaşayan qazilər, eləcə də media və QHT nümayəndələri iştirak ediblər.

 

Eyni zamanda, jurnalist Aida Eyvazlı Göytürkün “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının təqdimat mərasimi olub. Kitab 2016-cı il aprel şəhidlərinin xatirəsinə ithaf olunub.

 

Tədbirdə çıxışı zamanı hər bir qəhrəman şəhidimiz haqqında danışan millət vəkili Qənirə Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb. “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik” deyən millət vəkili Ali Baş Komandanın, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıraraq bildirib ki, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Bu istiqamətdə fəal işlər görmək üçün yeni yaradılmış “Aprel 2016: Şəhid ailələrinə dəstək “İB təşkilatının həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib:

 

“Biz hamımız, o cümlədən şəhid ailələrimiz, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. İnşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək”.

 

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

 

Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...