İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

11:20 20-09-2019 | icon 519 | Cəmiyyət
İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

 

Partiya sədri sosial şəbəkəni silkələyən məktubdan yazdı

 

...Sosial şəbəkədən oxuduğum məktub məni sarsıtdı. Həm tanınmış bir ailədə baş verənlər, həm də ailənin xanım üzvlərinin şiddətə məruz qalması acısından...


Kim haqlıdır? Sosial şəbəkələrdə hamı bu suala cavab verməyə çalışır - kimi dünyagörüşünə, kimi siyasi mənsubiyyətinə, kimi də tərbiyəsinə uyğun...


Qısaca fikirlərimi bildirəcəyəm:

1. Kiməsə şiddət tətbiq edilibsə, bu cinayətdir.
- Söhbət uzun müddət davam edən, fiziki və psixoloji travma gətirən, nəhayətdə ictimailəşdirilməyə məcbur buraxılan şiddətdən gedir.
Hər bir ailədə səs tonu yüksələ də bilir, hətta uşağı kimsə yüngülcə vura da bilir. Lakin valideyn sevgisinin böyüklüyü ona qarşı ediləni unutdurur, uşağa travma yaşatmır.
Qadına şiddət isə dartışılacaq mövzu deyil, bu orta əsr təfəkküründən uzaqlaşa bilməməyin göstəricisidir.

 

2. Şiddət artıq onu ictimailəşdirmək dərəcəsinə çatıbsa, şəxsi, ailə məsələsi deyil - ictimai, sosial bəladır və o hamı tərəfindən qınanmalıdır ki, başqaları bunu bir daha etməsin.

 

3. Şiddət göstərdiyi iddia edilən ictimai-siyasi statuslu şəxsdirsə, cəmiyyətin onu müzakirə etməsi təbiidir və həm də çox vacibdir. Çünki ictimai-siyasi statusu olan şəxslər cəmiyyət qarşısında sorumludurlar, hərəkətlərinə görə də toplum qarşısında cavab verməlidirlər. Onun hansı mövqedə olması - iqtidar ya müxalifət - əhəmiyyət daşımır.

 

4. Qadının və qızın geyimini, davranışını, ictimai-siyasi fəaliyyət göstərməsini əsas gətirərək şiddət göstərdiyi iddia edilən şəxsi kimsə demokrat qiyafəsinə bürüyüb müdafiəyə çalışmamalıdır. Çünki uzun illər bu seçimə razı olub birgə yaşayıblarsa, demək ki, geyim, davranış, ictimai-siyasi fəaliyyət onların birgə qəbullandığı tərz olub.
- Bunu ona görə qeyd etdim ki, bəziləri əsaslandırmağa çalışır ki, əgər tanıdığımız xanımlara mane olmayıblarsa, demək ki, deyilənlər həqiqət deyil.

 

5. Təşkilat sədrinin müavini haqqında bu fikir deyilirsə və bu şiddət və zorakılıq üzvlərlə müzakirə olunubsa, təşkilat gunahkardır. Çünki ideallar və dəyərlər uğrunda mübarizə apardığını bəyan edən bir təşkilat bu halı ört-basdır etməməli, ən yüksək vəzifə tutan üzvünun bu hərəkətinə göz yummamalı idi. Edibsə, ideallarına, mübarizəsinə, yoluna və dəyərlərinə xəyanət edib. Əgər üzvü olan bir xanımı öz ailəsində belə şiddətdən qoruya bilmirsə, cəmiyyətə bəyan etdikləri sadəcə bir hekayədir.

 

6. Mən Selcanın və Zümrüd xanımın yanındayam. Ona görə ki, bir körpə dözməyərək cəmiyyətə bağırırsa, səsini duyurmağa çalışırsa, qarşı tərəf ən azı məsələnin bu yerə gəlib çatmasına görə hüquqi və mənəvi məsuliyyət daşıyır.

 

P.S. İddiaçı tərəf Selcandır. Şübhəli tərəf atadır. Ata təqsirləndirilən tərəf olacaqmı? Bunu demək hələ çətindir. Lakin bir qız övladı atasından gördüklərinə görə ondan imtina edib bunu ictimaiyyətə duyurursa, digər övlad da eyni mövqe sərgiləyirsə, bəraətə yer yoxdur - Olanlar barədə az və ya çox deyilməyindən asılı olmayaraq.

 

P.P.S. Olay cəmiyyətimizin bəlasıdır. Biz bunları aradan qaldırmağı bacarmalıyıq. Birlikdə yaşaya bilməyənlər zamanında doğru qərar verməyi bacarmalıdırlar. Boşanmaq, ayrı yaşamaq faciə deyil. Əsl faciə bir yerdə bu cür yaşamaqdır. O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB

Bu gün Ramazan bayramıdır

Güclü külək fəsadlar yaradıb

 

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Gördüyü mənzərədən heyrətə düşdü – VİDEO

Bu dərman ölüm riskini artırır