“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” - DƏYİRMİ MASA

14:02 20-09-2019 | icon 55 | Cəmiyyət
“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” - DƏYİRMİ MASA

"Sən demə, ölkəmizdə virtual məkanda bir "vətəndaş müharibəsi" də gedirmiş" 

 

Bu gün Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, Milli Məclisin deputatları, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə deyib ki, bugünkü tədbir siyasi yox, sülh tədbiridir:

“İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə, ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir”. 

 

Deputat bildirib ki, "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir:

“Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım”.

 

Ç.Qənizədə onu da bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur:

“Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.

 

Daha sonra tədbirə telefon bağlantısı ilə Xalq artisti Arif Babayev qoşulub. Xalq artisti söyüş kampaniyasını davam etdirənlərə çağırış edib:

"Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə üzülürük. Axı, bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var. Vallah, biz rahat yaşayırıq. Gəlin, söyüşləri yığışdırın. Gəlin, dövlət başçımızın ətrafında toplaşaq. Biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq. Mən söyüş söyənlərin bu hərəkətlərini eşidəndə halım dəyişir. Onlara çağırış edirəm ki, söyüşü dayandırsınlar".

 

Xalq şairi Nəriman Həsənzadə də Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüflənir:

"Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyləgər və riyakar düşmənlə üz-üzəyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüşlər, qarğışlar var. Görəsən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?"

 

Çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev deyib ki, internetdən çox istifadə edir:

“İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində də təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”.

 

Ç.Abdullayev deyib ki, bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunurlar:

”Səməd Vurğundan tutmuş Mikayıl Müşviqə qədər. Sonda Azərbaycan Yazıçılar Birliyi ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi”.

Daha sonra tədbir çıxışlarla davam etdirilib və yekunda bəyanat qəbul edilib. /apa.az/

 

Versus.Az

Xəbər lenti

"Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir"

Səməd Seyidov: "Azərbaycan dəfələrlə beynəlxalq təşkilarların ikili standartları ilə üzləşib"

"Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar"

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və...

Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

BDU-da “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib

"Vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an silaha sarılmağa hazırıq"

Qoşunların təmas xətti yenidən monitorinq ediləcək

YAP-da icazəsiz aksiya ilə bağlı tədbir keçirilib

Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

Nazir Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib

Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi! /VİDEO/

Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

Etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

ALDP sədri avropalı diplomatla görüşüb

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"