İndi Əli Kərimlidən soruşan lazımdır ki...

18:21 20-09-2019 | icon 1018 | Köşə
İndi Əli Kərimlidən soruşan lazımdır ki...

Söhbət ölkənin gələcəyinə iddia edənlərdən gedirsə...

RAFAİL BECANOV

 

Mənə görə hər hansı bir şəxsin ailəsində baş verənlərə gülmək, sevinmək, rişxənd etmət olmaz. Siyasi baxışlarından, sosial statusundan asılı olmayaraq, bu məsələlər bir az şəxsi məsələdir və hər kəsin yanaşması da belə olmalıdır. Şəxsən Fuad Qəhrəmanlının ailəsində baş verənlərə görə üzülürəm. Bu, bir ailə faciəsidir. Ancaq baş verənlər ictimai yüklü bir şəxsdən və onun ailəsindən gedirsə, məsələnin digər tərəfləri də var və bunu görməzdən gəlmək də mümkün deyil...

 

Çünki onun təmsil olunduğu təşkilatın rəhbəri insan haqlarının yeganə müdafiəçisi kimi ancaq özünü görür. Problemin böyüməsinin də səbəbi məhz budur. Söhbət ölkənin gələcəyinə iddia edənlərdən gedirsə, məsələnin ictimai əhəmiyyəti daha da böyüyür.

 

İndiki durumda Fuad Qəhrəmanlı və onun ailəsi ətrafında baş verənlərin də bu qədər müzakirə mövzusuna çevrilməsinin səbəbi bundadır. Çünki Fuad Qəhrəmanlının lideri, rəhbəri olan Əli Kərimli öz çevrəsində, müavini və onun ailəsi ətrafında baş verən olayı, problemi, şiddəti müraciət olunmasına, kömək umulmasına baxmayaraq, həll edə bilməyib, amma dövlət problemlərini həll etməyə iddia edir. Tam bir parodoks...

 

Problemdən, baş verənlərdən bu ailəyə yaxın, həmin ailənin lideri, hətta iclaslarını belə onların evində keçirən Əli Kərimli məlumatlı olubsa və problemin həllinə cəhd etməyibsə, ya laqeydlik göstərib, ya da bacarmayıb. Laqeydlik də, bacarıqsızlıq da eynidir və nəticə etibarı ilə adamın düşüncəsinin, potensialının iddialarına adekvat olmamasıdır. Əli Kərimli laqeydlik edibsə, sabah bütün mümkün və qeyri-mümkün vasitələrlə yiyələnmək istədiyi hakimiyyətə sahiblənərsə, ölkəyə, cəmiyyətə, milyonlarla ailəyə görün hansı laqeydliyi göstərər!

Ya problemi həll edə bilməyibsə, bu, laqeydlikdən də betərdir! Demək, ətrafında olan, onun liderliyini qəbul edən bir ailənin problemini, münaqişəsini həll edə bilməyən adam sabah milyonlarla ailənin sosial, iqtisadi problemini, yaxud Qarabağ problemini həll edəcək? O, topluma, 10 milyonluq xalqa nə verəcək və ya bu xalq ondan nə öyrənəcək!?

 

İndi Əli Kərimlidən soruşan lazımdır ki, 28 senytabra təyin etdiyin mitinqdə bu məsələlərdən də, ailə zorakılığından da, qadın hüquqlarından da danışacaqsanmı? Yoxsa, sən də müşavirin kimi şiddətə, təhqirə haqq qazandırıb, bu ailədaxili söz-söhbətdir və bir çox ailədə olur, ancaq burada məsələ çox şişirdilib deyəcəksən?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür