Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çağırış etdi

19:16 20-09-2019 | icon 294 | Siyasət
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çağırış etdi

Millət vəkili Qənirə Paşayeva böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransda çıxış edib, ziyalılara, gənclərə çağırış edib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva çıxışında Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyi müdafiə etməsi kimi məsələlərdən söz açıb. Millət vəkili bildirib ki, Əhməd bəy Ağaoğlu milli oyanış, maarifçilik, Türk birliyi hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, böyük ziyalı eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb:

 

“Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. O, türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yeri olan bir fikir adamıdır. Azərbaycanlı olduğuna baxmayaraq, Türkiyə və Türk dünyası üçün böyük fədakarlıqlar edən Əhməd bəy Ağaoğlu gənclər üçün əsl örnəkdir. Onu anmaqdan başqa anlamaq, bunun üçün isə tariximizi, böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənmək lazımdır”.

 

Əhməd bəy Ağaoğlunun bütün Türk dünyası üçün böyük işlər görən böyük bir şəxsiyyət olduğunu qeyd edən millət vəkili bildirdi ki, harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk gənclərinin Əhməd bəy Ağaoğlunu yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq:

 

“Onun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır. Bu cür tədbirlər Əhməd bəy Ağaoğlunu gənc nəsillərə daha geniş tanıtmağa xidmət edir.

Mən tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Özəlliklə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun irsinin öyrənilməsi, daha geniş tanıdılması istiqamətində dövlət başçımız İlham Əliyevin sərəncamını yüksək qiymətləndirir və cənab Prezidentə təşəkkürümüzü bildirirəm.

İnanıram ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları Əhməd Ağaoğlunun gənc nəsillərimizə daha yaxından tanıdılmasında fəallıqlarını daha da artıracaqlar və bu cür tədbirlərin sayı daha da artacaq”.

 

Q.Paşayeva Türk Ocaqlarının nümayəndələrinə müraciətlə "Əhməd Ağaoğlunun Türk Ocaqlarının qurucularından biri idi. Çox yaxşı olar ki, qardaş Türkiyədə onun adına bir küçə və ya park olsun. Həm Türkiyədə, həm də Azərbaycanda abidəsinin olması da çox vacibdir" deyib:

 

“İnanıram ki, Türk Ocaqlarının qardaş Türkiyənin rəsmi qurumlarına müraciəti ilə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirildiyi bu il içərisində Türkiyədə də onun adının əbədiləşdirilməsi  istiqamətində önəmli addımlar atılacaq".

 

Türk Ocaqları rəsmiləri millət vəkili Q.Paşayevanın təklifini müsbət dəyərləndiriblər və bununla bağlı Türk Ocaqlarının adından rəsmi qurumlara müraciətlər göndərəcəklərini deyiblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir