"Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər"

21:47 20-09-2019 | icon 64 | Cəmiyyət
"Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər"

Mehriban Zeynalova: "Azyaşlı qızların hamilə qalması və abort olunmasını mental dəyərlərlə ölçmək düzgün deyil"

 

Azərbaycanda abortla bağlı statistik göstəricilər açıqlanıb. Ötən il 15-19 yaşlı qızların abort sayı 1 238 olub.


Nəzərə alaq ki, bu rəqəmlər rəsmi göstəricilərdir. Qeyri-rəsmi abortların sayını da əlavə etsək, açıqlanan rəqəmlərin sayı ikiqat çox olar. Təəssüf ki, valideynlər bəzi hallarda çıxış yolunu abortda görürlər. Əlbəttə, 15-19 yaşlı qızların hamilə qalması müxtəlif formada baş verib. Erkən nigahlar və ya zorlanma halları buna misal ola bilər. 


Mövzunu dəyərləndirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bir çox ekspert bu rəqəmləri böyük dəhşətlə qarşılayırlar. Amma əhalinin ümumi sayını və 15-19 yaş həddində olan uşaqların sayını nəzərə alsaq, 1238 elə də böyük rəqəm deyil.


Onun sözlərinə görə, hər bir halda erkən yaşlı qızların hamilə qalması narahatlıq doğurur:

“Nəzarətsiz qalan uşaqların sayı çoxdur. Baxmayaraq ki, onların valideynləri var, amma nəzarətsizlik sonda belə sonluqlarla nəticələnir. Yaxud da bəzi uşaqlar kifayət qədər sərbəst davranışa malik olur və onları idarə etmək çətindir. Bütün bunların miqyasında təbii ki, açıqlanan rəqəmi böyük göstərici hesab etmək olmaz. Biz nə qədər milli mentalitetdən danışsaq da, müasir dünyanın müasir davranışları var.

Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər. Təbii ki, təcrübəsizlik, eyni zamanda nəzarətsizlik, ailədə zorakılıq halları buna təsir göstərir. Hamilə qalan qızların hamısı o demək deyil ki, öz xoşu ilə cinsi əlaqədə olublar.

Həmin rəqəmlər içərisində zorlama halları da baş verib. Kimsə polisə müraciət edib uşağı qanuni yolla abort edir. Abortları gizli şəkildə etmək heç yaxşı hal deyil. Bunun üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Heç bir həkim azyaşlı qızı özbaşına abort edə bilməz. Ona görə də bu rəqəmlərin hansı həssaslıqlara aid olduğu qeyd olunmalıdır. Statistikada konkret rəqəmlər qeyd olunarkən hamilə qalmaların hansı şəraitdə olduğu bildirilməlidir. Məsələn, nə qədər erkən nigah, nə qədər zorlama halları baş verib. Bunları müəyyənləşdirmək  əsasdır. Ona görə də 1238 rəqəmini heyrətlə qarşılamaq qeyri-ciddidir”.


M.Zeynalova qeyd edib ki, azyaşlı qızların hamilə qalması və abort olunmasını mental dəyərlərlə ölçmək düzgün deyil:

“Sovet dönəmində də mentalitetimiz var idi və bu cür abort halları baş verirdi. Sadəcə olaraq, hansı problemin daha çox qabarıq olduğunu dəqiqləşdirmək lazımdır. Ona görə deyə bilmərək ki, mentalitetimiz məhv olub gedir”. /Sherg.az/

 

Versus.Az

Xəbər lenti

Məşhur xanəndə özünə efir qadağası qoydu

Elnarə Abdullayeva: "Bu, konkret qərarımdır"

MMA döyüşçüsü Bakıda medal qazanmış ermənini belə nokauta saldı - VİDEO

Azərbaycanlı Dünya Qalibləri Kubokunda hakimlik edəcək

Avropa Kubokunun qalibi olub şampan şərabı partlatdı - FOTO

“Beşiktaş”ın yeni prezidenti müəyyənləşdi

“Qalatasaray”da ciddi itki

2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib

"Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir"

"Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar"

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və...

Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

BDU-da “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib

"Vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an silaha sarılmağa hazırıq"

Qoşunların təmas xətti yenidən monitorinq ediləcək

YAP-da icazəsiz aksiya ilə bağlı tədbir keçirilib

Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

Cəbrayılovun şok telefon danışığı /audio/