“Qalxanvari vəzi xərçənginin əsas müalicəsi vəzin cərrahiyyə yolu ilə xaric edilməsidir”

09:47 23-09-2019 | icon 2338 | Sağlamlıq
“Qalxanvari vəzi xərçənginin əsas müalicəsi vəzin cərrahiyyə yolu ilə xaric edilməsidir”

Nərminə Abbasova: “Əməliyyat keçirmiş xəstə həyatının sonuna kimi endokrinoloqun nəzarətində qalmalıdır”

 

“Qalxanvari vəzi kifayət qədər az rast gəlinən xərçəng növüdür. Qalxanvari vəzi xərçənginə qadınlarda kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Xəstəlik əksər hallarda 50 yaşdan sonra inkişaf edir. Lakin bəzən xəstəlik uşaqlarda və cavan insanlarda inkişaf edir. Buna rentgen şüalanma təkan verə bilər.

 

Bu barədə Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova danışıb.

 

Nərminə xanım bildirib ki, xəstəliyin ilkin mərhələlərində xərçəng özünü heç bir əlamətlə büruzə verməyə bilər:

 

“Lakin xəstəlik inkişaf etdikcə, xəstədə müəyyən pozulmalar inkişaf edir. Məsələn, boyun nahiyəsində ağırlıq və sıxılma hissi, udmanın çətinləşməsi, səsin dəyişilməsi, boğaz limfatik düyünlərinin böyüməsi, boyun damarlarının daha gözəçarpan olması kimi pozulmalar başlayır. Təəssüf ki, xərçəngin digər növləri kimi, qalxanvari vəzi xərçəngi ilkin mərhələlərdə özünü heç bir əlamətlə büruzə vermir. Sadaladığım pozulmalar xəstəliyin daha gecikmiş mərhələlərində əmələ gəlir”.

 

Həkim-terapevt deyir ki, məhz bu səbəbdən valideynlərdə və ya yaxın qohumlarda qalxanvari vəzi xəstəlikləri, düyünləri, xərçəngi olan insanlar, radiasiya və rentgen şüalanması təsirinə məruz qalmış insanlar profilaktik olaraq endokrinoloqun müayinəsindən keçməlidir. Xüsusilə uşaq yaşlarında bu müayinə mütləqdir:

 

“Həkim əl ilə xəstənin boğaz nahiyəsini yoxladıqığı zaman düyün və ya hər hansı bərkimiş sahə hiss etdikdə, xəstəni USM və ya kompüter tomoqrafiyasına göndərir. Bu müayinələr zamanı həkimlərdə xərçəngə şübhə yarandıqda və ya aşkar olunmuş düyünün ölçüsü 1 sm-dən böyük olduqda, xəstəyə biopsiya təyin olunur. Törəmənin mikroskopik hissəsi iynə ilə götürülür və xüsusi analizə göndərilir”.

 

N.Abbasovanın sözlərinə görə, qalxanvari vəzi xərçənginin əsas müalicəsi prinsipi vəzin cərrahiyyə yolu ilə xaric edilməsidir:

 

“Qalxanvari vəzi xərçəngi əksəriyyət hallarda tam müalicə olunur və insan adi normal həyata qayıdır. Bir amerikanlı cərrah-onkoloqun tanınmış ifadəsi var ki, "əgər sizin qismətinizidə xərçəng varsa, qoy bu qalxanvari vəzi xərçəngi olsun". Qalxanvari vəzi xərçəngi aşkar olunduqda, vəz əksər hallarda tam olaraq cərrahiyyə yolu ilə xaric edilir. Qalxanvari vəzin belə tam olaraq xaric edilməsi gələcəkdə inkişaf edə bilən metastazların qarşısını alır. Əməliyyatdan sonra xəstələrə bir çox hallarda radioaktiv yod terapiyası və ya şüa terapiyası təyin olunur ki, bu zaman əməliyyatdan sonra qala bilən xərçəng hüceyrələri məhv olunur”.

 

Həkim-terapevt qeyd etdi ki, əməliyyatdan dərhal sonra xəstəyə qalxanvari vəzi hormonları təyin olunur və xəstə bu hormonları həyatın sonuna kimi qəbul etməlidir:

 

“Belə əməliyyatları yalnız təcrübəli cərrah-endokrinoloqlara etibar etmək lazımdır. Bu halda əməliyyatdan sonra mümkün olan fəsadların miqdarı minimuma çatdırılır. Əməliyyat zamanı yalnız qalxanvari vəzi və ya qalxanvari vəzi ətrafda olan piy toxuması və limfatik düyünlərlə birlikdə xaric olunur”.

 

Nərminə xanım deyir ki, əməliyyat keçirmiş xəstə həyatının sonuna kimi endokrinoloqun nəzarətində qalmalı və ildə 1 dəfə müayinədən keçməli, lazım olan qan analizlərini verməlidir. Onun sözlərinə görə, bu, metastazların vaxtında aşkar edilməsi üçün çox vacibdir.

 

DİQQƏT!

Əgər Qalxanvari vəzi xərçəngi ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol