ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasına etiraz etdi

11:22 23-09-2019 | icon 345 | Siyasət
ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasına etiraz etdi

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri, Ermənistanın İsraildə səfirlik açmaq fikri və bəzi təşkilatı məsələlər müzakirə olunub.

 

“Azərbaycanda bələdiyyələrin yaranmasından 20 il keçir. 1999-ci ildə keçirilən birinci seçkilərdı 600 üzvümüz seçilmişdi. İkinci bələdiyyə seçkilərində artıq 130 üzvümüz seçildi. 2009-cu ildə keçirilən üçüncü seçkilərdə ümumiyyətlə bir nəfər belə seçilmədi. Bunun bir səbəbi olub - partiyanın mənsubiyətinin göstərilməsi. 2005-ci ildən başlayaraq Azərbaycan bütün demokratik təsisatlardan geriyə addımlamağa başladı. Prezident, Parlament və Bələdiyyə seçkiləri total saxtakarlıqla keçirildi. Bələdiyyələrin statusu aşağı salındı və faktiki olaraq bu gün bələdiyyələr səlahiyyətsiz vəziyyətdədirlər. Hesab edirəm ki, iqtidar seçki islahatları keçirilməyənə qədər seçkilərdə iştirak etmək mənasızdır. Bu seçki komissiyalarla demokratik, şəffaf seçkilərin keçirilməsi mümküsüzdür” -  Fuad Əliyev qeyd edib.

 

Sədr Aparatının üzvləri müzakirələrdən sonra partiyanın bələdiyyə seçkilərində iştrakının məqsədəuyğun olmadığını qeyd etdilər. Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmayıb.

 

Daha sonra Ermənistanın İsraildə səfirliyini açmaqda israrlı olması məsələsi müzakirə olundu. ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalarına zidd olduğunu qeyd etdi:

 

“Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Avivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədirlər. Bu da İsrail-Ermənistan əməkdaşının möhkəmlənməsinə qətirib çıxaracaq. Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın atılmasının vaxtıdır”.

 

Daha sonra ALDP-nın müttəfiqi olan İraq Türkməneli Partiyasının sentyabrın 24-də keçirəcəyi Qurultayla bağlı təbrik məktubu qəbul olundu.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı