"Topaz"ın qeydiyyatçısı oyuncaq tapança ilə qarət edildi

12:51 24-09-2019 | icon 460 | Gündəm
"Topaz"ın qeydiyyatçısı oyuncaq tapança ilə qarət edildi

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.

 

Bu barədə Versus.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

 

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı