Pakistanın xarici işlər naziri Ermənistana çağırış etdi
Qoşunları Dağlıq Qarabağdan çıxarın
Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb.
Versus.Az xəbər verir ki, nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib.
Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır.
Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb.
O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.
Xəbər lenti
"Konfransdan sonra ölkəmizdə yaşıl enerji sahəsi dinamik inkişaf edəcək"
“Bu, Azərbaycanın beynəlxalq müstəvidə olduqca səmərəli təqdimatı idi”