İraq türkmənlərinin Milli lideri, mənəvi atası Riyaz Sarıkahya yenidən başqan seçildi - VİDEO/FOTO

11:17 25-09-2019 | icon 711 | Dünya
İraq türkmənlərinin Milli lideri, mənəvi atası Riyaz Sarıkahya yenidən başqan seçildi - VİDEO/FOTO

İraq Türkməneli Partiyasının 6-cı qurultayı keçirilib

 

Dünən Kərkükdə, Türkmənelində tarixi bir hadisə baş verdi. 1994-cü ildə Səddam Hüseynin İraqa rəhbərliyi dövründə, türkmənlərin bütün haqq, hüquqlarının əlindən alındığı vaxtda heç nədən çəkinməyərək, ölümü, edamı belə gözə alaraq Erbildə İraq Türkməneli Partiyasını yaradan milli lider Riyaz Sarıkahyanın qurucusu olduğu təşkilatın 6-cı qurultayı keçirildi. Əslində İraq Türkməneli Partiyası türkmən qardaşlarımızın ümid, inam yeri olan bir ocağdır və onun ətrafında on minlərlə insan birləşir.

 

Başlıca məqsədi İraqda türkmənlərin varlığını, kimliyini, torpaq bütünlüyünü qoruyub saxlamaq, onların səsini çatdırmaq, ölkənin bərabərhüquqlu vətəndaşları olmaa yönələn Türkməneli Partiyası həm də barışın, sülhün tərəfdarı kimi tanınır.

Elə bunun nəticəsidir ki, İraq Türkməneli Partiyasının 6-cı qurultayında başqan postuna növbəti dəfə Riyaz Sarıkahdan başqa heç kimin namizədliyi qeydə alınmayıb. İraq türkmənləri 25 ildir ki, onu mənəvi ataları, milli liderləri kimi görür və sevirlər.

 

İraq Türkməneli Partiyasının rəsmisi Yılmaz Hüseynin Versus.az-a verdiyi məlumata görə altıncı qurultayda çox sayda nümayəndələr, qonaqlar, rəsmilər iştirak edirdilər. Qurultay təkcə türkmən ictimaiyyətinin diqqətində idi:

 

Qurultaya İraq hökumətinin seçki dairəsinin rəsmiləri də qatılmışdı. Eyni zamanda, Kərkük, Mosul, Təlafər, Tuz Hurmatı, Təzə Hurmatı, Tauk, bundan başqa Ərbil bölgəsinin şöbələrinin nümayəndələri iştirak edirdilər. Mərkəz Kərkükdə keçirilən altıncı qurultayımızda ümumilikdə 400 nəfərə yaxın təmsilçimiz iştirak edirdi. Öncə İraq Türkməneli Partiyasının başqanı seçildi. Yuxarıda da qeyd etdiyim kimi, başqa namizəd qeydə alınmadığı üçün başqanımız Riyaz Sarıkahya yenidən İraq Türkməneli Partiyasının sədri postuna təsiqləndi”.

 

İraq Türkməneli Partiyasının rəsmisi Yılmaz Hüseynin məlumatına görə, qurultayda partiyanın siyasi nizamnaməsinə bir sıra dəyişikliklər edilib:

Qərara gəlinib ki, partiya indiyədək mövcud olduğu təsir əhatəsini genişləndirməli, eyni zamanda, şəhərlərlə yanaşı, əlavə bölgələrdə də təşkilatlanmalı, yeni şəhərlərdə öz şöbələrini təsis etməlidir. Bundan əlavə, İdarə Heyətinin üzvləri də seçilib. Əvvəl altı nəfərdən ibarət olan heyət üzvlərinin sayı doqquza çatdırılıb”.

 

Biz də Versus.Az saytı olaraq 25 ildir İraq türkmənlərinin ocağına çevrilən partiyaya, onun qurucu başqanı, türkmənlərin mənəvi atası, Milli Lideri Riyaz Sarıkahyaya çıxdıqları müqəddəs yolda uğurlar diləyir və təbri edirik.

Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı