MÜŞFİQ ƏLƏSGƏRLİ yazır: Erməni şəbəkəsi ictimai rəyi necə çaşdırır?

12:32 25-09-2019 | icon 972 | KİV
MÜŞFİQ ƏLƏSGƏRLİ yazır: Erməni şəbəkəsi ictimai rəyi necə çaşdırır?

 

Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər. Azərbaycanın illər öncə gündəmə gətirdiyi bu məlumat əvvəllər bir versiya kimi qəbul olunur, PKK ilə  əlaqələr ayrı-ayrı erməni millətçi dairələrin özfəaliyyəti kimi təsəvvür olunurdu. Türkiyə mətbuatı hələ 4 il öncəyə qədər yazırdı ki, "İraqın şimalında  Livan ermənilərindən ibarət 200 nəfərlik xüsusi briqada yaradılıb və onlar PKK silahlıları sırasında yer alıblar". Məlumatın kəşfiyyat xarakterli olduğu, Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında saxlanılan PKK terrorçularından alındığı deyilirdi.

Bu gün isə vəziyyət dəyişib. Əsaslandırılıb ki, ermənilərin PKK ilə əməkdaşlığı ayrı-ayrı millətçi qrupların özfəaliyyəti formasında deyil, bütövlükdə Ermənistan dövləti və erməni lobbisi səviyyəsində qurulub. Faktlarla isbat edilib ki, Ermənistanın PKK ilə əməkdaşlığının dərin kökləri var. Qarabağ döyüşlərində bu terror təşkilatının yardımından istifadə edilib, PKK üzvləri Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak ediblər. Cəbhə xəttində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən yaraqlıların üzərlərindən çıxan sənədlər bunu isbat edib. Aydınlaşıb ki, Ermənistanla PKK-nın qarşılıqlı öhdəliklər üzərində qurulan razılaşmaları var.

 

PKK üzvləri Qarabağın işğal edilməsində və işğal altında saxlanılmasında Ermənistana yardımçı olublar. Əvəzində işğal altındakı torpaqlarda düşərgələrini qurmaq, təlimlər keçirmək, silahlı dəstələrini mühafizə etmək üçün razılıq alıblar.

 

Azərbaycan tərəfinin aşkarlayıb ictimailəşdirdiyi bu faktları indi Türkiyə təmsilçiləri də təsdiqləyirlər. Erməni İddialarına Qarşı Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib  ki, Ermənistan PKK terrorçuları üçün təkcə təlim düşərgəsi təşkil etmir, eyni zamanda, bu terrorçuları lazımı silah-sursat, partlayıcı maddələrlə də təmin edir. ASİMDER rəhbəri bu təminatın həyata keçirilmə mexanizmlərini də dəqiq təsvir edib: "Hər ay minimum 10 yük maşını olan TIR-larla  partlayıcı tərkibli "yüklər"  Ermənistana daşınır. Ermənistana aparılan həmin kimyəvi maddələr əslində işğal altında olan Azərbaycan ərazilərindəki PKK düşərgələrinə çatdırılır. Ermənistana aparılan yüklər Ermənistan nömrə nişanlı TIR-larla daşındığı və onların tranzit keçidi olduğu üçün Türkiyə, İran, Gürcüstan gömrükləri və polisi tərəfindən həmin yük maşınlarına baxış keçirilmir, yoxlanılmır". 

 

PKK terror təşkilatı Suriyada nəzarətlərində olan ərazilərdə 1915-ci il hadisələrinin ildönümü ilə bağlı Türkiyəyə qarşı erməni taboru yaradıb. Ermənilərdən ibarət 90 nəfərlik tabora 2017-ci ildə öldürülən erməni terrorçusu Nubar Ozanyanın adı verilib. Taborun yaradılması törəninə Azərbaycanda törədilən qətliamlarda iştirak eləmiş, sonralar isə ASALA terror təşkilatının üzvü olmuş terrorçular da qatılıblar.

 

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu "Hürriyət" qəzetinə müsahibəsində bildirmişdi ki, erməni terror təşkilatları PKK ilə sıx əməkdaşlıq edirlər: "PKK-nın soyuq müharibə vaxtında kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA-nın PKK  ilə əməkdaşlıq etdiyini bilirik". Sabiq baş nazir müsahibəsinin sonunda qeyd edib ki, "Türkiyə bir daha 90-cı illərdəki vəziyyətə  qayıtmayacaq, hər kəsin cavabını verəcək. Biz sizlərin söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik". Davudoğlunun bu açıqlaması göstərdi ki, Ermənistanın bir dövlət olaraq PKK və digər terror təşkilatları ilə sıx əməkdaşlıq etməsinə dair Türkiyə dövlətinin əlində təkzibedilməz dəlillər var. İndi proses bu dəlillərin beynəlxalq təşkilatlar müstəvisinə çıxarılıb Ermənistana qarşı  terroru  dəstəkləyən ölkə kimi sanksiyalar tətbiq edilməsi yönündə gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Meksikanın "Televisa" kanalına müsahibəsində bildirib ki, artıq terror təşkilatlarının və onları dəstəkləyənlərin siyahısı bəllidir, dünya onlara qarşı sərt mübarizə aparmalıdır. Prezident qeyd edib ki, terror təşkilatları arasıdan fərq qoymaq kökündən yanlışdır.

 

Ermənistanın özünümüdafiə tezisləri

 

Terror dəstəkçisi olması barədə təkzibedilməz faktların, sənədlərin əldə edilməsi, ermənilərin terrorla, o cümlədən PKK ilə əlaqələrinin rəsmi bəyanatlar müstəvisinə çıxması Ermənistana qarşı ciddi tədbirlər görüləcəyi ehtimalını yaradıb. Ağır aqibətlə üzləşməmək üçün Ermənistanı önləyici addımlar atmaq məcburiyyətində qalıb. Düşünməyək ki, onlar PKK ilə əlaqələrini kəsirlər. Xeyr, bunu edə bilməzlər. Əlaqələr çox dərinə işləyib, qarşılıqlı öhdəliklər var, münasibətləri davam etdirmək zorundadırlar. Onlar vəziyyətdən çıxmaq üçün fərqli, erməniyə məxsus mexanizmləri işə salınıb.  Ermənistan çalışır ki, PKK ilə əməkdaşlığı "insan haqlarının müdafiəsinə dəstək" kontekstində qələmə versin. Məsələn, Ermənistanda hakim "Mənim addımım" blokundan deputat, kürd icmasının rəhbəri Knyaz Həsənov Türkiyənin İraqın şimalında PKK-ya qarşı keçirdiyi "Pəncə" əməliyyatını pisləyərək, PKK-ya arxa durmaq üçün mətbuat konfransı təşkil edib. Yerevanda keçirdiyi mətbuat konfransında deputat Həsənov qeyd edib ki, guya Türkiyə aviasiyasının zərbələri nəticəsində "dinc əhali" həlak olur.

 

Bununla paralel olaraq Ermənistanın ideoloji mərkəzləri ikinci bir üsuldan da faydalanırlar. Onlar   "Azərbaycanın ən böyük PKK dəstəkçisi olması" kimi absurd tezisi gündəmə gətirməklə, beynəlxalq ictimai rəyi çaşdırmağa cəhd edirlər. Bu cəhd bizə absurd kimi görünsə də, dünya üçün inandırıcı ola bilər.

Çünki bu tezisi dünyaya, məhz Azərbaycandilli media vasitələri və "Azərbaycanın özündən gələn, azərbaycanlıların təsdiqlədikləri məlumat" kimi çatdırırlar.

 

"Arevelkcenter.com", "Azel.tv" və "Azerbaycan saati" arasında informasiya koordinasiyası

"Arevelkcenter.com"xəbər portalı erməni diasporuna bağlıdır, araşdırma yazılar və gündəlik xəbərlər yayır. Partnyoru olan "Armin.am"la birgə, daha çox "Erməni Tədqiqatları İnstitutu" və Yerevan Dövlət Universitetinin tədqiqatlarını, ermənişünaslıq üzrə "kəşflərini" tirajlayırlar, aldıqları tezisləri məqaləyə çevirib auditoriyaya çatdırırlar. Bir sözlə, "ermənilik ideologiyası"nın xidmətçiləridirlər. Materiallarını Azərbaycan/türk dillərində, bunların tərcüməsini isə  rus və ingilis dilində  yayımlayırlar.  Xəbər lentləri büsbütün Azərbaycan üzərində qurulub.

 

Hal-hazırda əsas təqdimatlarından biri "Azərbaycanın PKK ilə əlaqələrinin  isbatlanması" üzərindədir. Sonuncu tədqiqatları "Azerbaycan PKK'ya yardımı davam etdirir" adlanır. Təmiz türkcədə yayımlanan materialda vurğulanır ki, "Azərbaycanın PKK-ya yardım etməsi yeni bir şey deyil". Yazıda iddia olunur ki, "Azərbaycan PKK-ya nəinki ərzaq, pul, hərbi sursat qismində  yardımı göstərir", ən əsası, guya ki, "PKK üzvlərini təqibdən yayındırmaq üçün pasportlarla təmin edir, onların Azərbaycan vətəndaşı adı altında Avropaya, eləcə də, Türkiyəyə çıxışlarını qurur" (https://arevelkcenter.com/news-in-turkish/azerbaycan-pkkya-yardim-etmeye-devam-ediyor). Bənzər məqalələr çoxdurlar, uzun-uzadı davam edirlər, eyni məzmunlu tezislərlə doludurlar. Üzərində dayanmaq istədiyimiz məqam isə bu deyil. Qəribə olan, diqqqətimizi çəkən odur ki, həmin məqalələr ermənilərin Azərbaycan dilində qurduqları xəbər saytlarında tirajlanırlar. Sonradan bu saytlara istinadla rus və ingilis dilinə çevrilərək beynəlxalq auditoriyaya ötürürlər.

 

Sadə oxucu xüsusi araşdırma aparmasa, bilməz ki, bu, Azərbaycanlıların yox, ermənilərin qurduqları saytlardırlar. Dəhşətlisi isə budur ki, həmin məqalələr sadəcə başlığı və imzası dəyişdirilməklə, Azərbaycanın öz ərazisində fəaliyyət göstərən "milli media qurumları"nın səhifələrinə çıxarılırlar, bəzi "milli KİV-lər" vasitəsilə tirajlanırlar. Məsələn, "Azel.tv"nin  23/09/2019-cu il tarixdə yayımladığı məqalələrdən birinin başlığı belədir: "PKK-nin maliyyə qaynagı olan Azərsun prezidentinin şirkətlərinin - Siyahısı". Məqalənin başlığı fərqli olsa da, "Arevelkcenter.com"xəbər portalının yayımladığı   "Azerbaycan PKK'ya yardımı davam etdirir" adlı məqalə ilə eyni tezisləri bölüşür. Prosesdə  "Azərbaycan saati" TV-nin də rolu var. "Arevelkcenter.com" məqaləsində açıq tekstlə qeyd edib ki, təqdim etdiyi "faktları" "Azərbaycanda dərc edilmiş "Azadlıq" qəzetindən, onun baş redaktoru olmuş, hazırda  "Azərbaycan saati" TV proqramını hazırlayan Qənimət Zahidovun çıxışlarından götürüb". Hansı ki, "Azadlıq" qəzeti hələ 2012-ci ildən etibarən yazıb tirajladığı bu tip məlumatları Ermənistan mediasından, bəzən isə Türkiyə mediasından götürdüyünü bildirirdi. İnternetin inkişafı imkan verir tapılıb üzə çıxarılsın ki, onların türkdilli media dedikləri, erməni diasporu tərəfindən qurulan, Azərbaycan/türk dilində xəbər yayan KİV-lər olublar. Ermənilərin Azərbaycan/türk dilində qurduqları KİV-lər "milli KİV-lər" üçün nədən informasiya qaynağı olmalıdır ki? Sadə vətəndaşın, oxucunun, internet istifadəçisinin bunu bilməməsi, erməni təxribatına, toruna düşməsi, bəlkə də, qəbahət deyil. Amma bir KİV qurumu təmsilçisi hansı mənbəyə istinad etdiyini bilməlidir, araşdırmalıdır. Maraqlı olsaydılar, araşdırardılar, istinad etdikləri etibarlı mənbələrin ermənilər tərəfindən quraşdırılmış bir tor olduğunu görərdilər. Amma maraqlı deyillər, araşdırmırlar. Bütün bunlar təsadüfənmi baş verib? Yoxsa ortada informasiyanın koordinasiya olunması kimi bir öhdəliklərimi var? Məsələ ondadır ki, "Arevelkcenter.com", "Azel.tv" və "Azerbaycan saati" arasında koordinasiya olunan informasiya təkcə PKK mövzusu üzərində deyil. PKK mövzusu bir elemendir. İnternetə çıxış imkanı olanlar bu saytların səhifələrini araşdıra, onlar gündəlik xəbər siyasətində  nə qədər uyğunluq olduğunu çox asan şəildə görə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...