Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək
Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır.
Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək:
"Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"