"Ermənistan iki dövlət arasındakı isti münasibət və strateji əməkdaşlığı həzm edə bilmir"


"Ermənistanın müxtəlif təxribatlara əl atması yeni bir şey deyil və bununla hec kimi təəcübləndirə bilməz. İki dövlət arasındaki qısqanclıq və göz götürməməsi artıq sərhədləri kecir".
Bunu Versus.Az-a politoloq Ramiyə Məmmədova pilotsuz ucuş apparatının qanunsuz olaraq Qarabağ ərazisində Ağdam səmasında ucması və onun vurulması haqda verilən məlumatlarla bağlı açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərini hər zaman korlamağa calışan Ermənistan bununla da yeni təxribata əl atıb:
“İsrail istehsalı olan pilotsuz ucuş apparatının qanunsuz olaraq Qarabağ ərazisində Ağdam səmasında ucması və onun vurulması haqda verdikləri məlumat Ermənistanın xəstə təxəyyülünün göstəricisindən başga bir şey deyil. Ermənistan iki dövlət arasındakı isti münasibət və strateji əməkdaşlığı həzm edə bilmir. İsrail dövlətində səfirlik acmasına gərar verilsə də, Ermənistan anlamalıdır ki, bu dostluq tək diplomatik yollarla deyil, həm də insani faktorlara dayanır. Yahudilər bü gün Azərbaycanı ən tolerant, multikultural və özlərinin yaşamaq ücün ən rahat hiss etdikləri olkə sayır. Monomillət təxəyyüllü Ermənistan bunun nə olduğunu anlamağa çətinlik çəkər. Yaratdıgları insiddentlər, zamanında ermənilərin yahudilərə qarşı törədikləri soygırımlar və gırğınlar azərbaycanlı-yəhudi dostluğu yaşadıgca və öz torpağı kimi goruduğu Azərbaycanıda goruduqca, nə yaddan çıxmayacaq nə də bu münasibətlər soyumuyacaq".
R.Məmmədovanın sözlərinə görə, bü gün verilən dezinformasiya xarakterli məlumatlarda Azərbaycan-İsrail münasibətlərini deyil, əksinə, Ermənistanın bir daha yəhudi cəmiyyətinin gözündə alçalmasına gətirib çıxaracaq.
LƏMAN
Versus.Az

Xəbər lenti

“Həyəcan” düyməsi
Dövlət ümumi təhsil müəssisələrində...
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır"
Sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək
"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"
BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər?
Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib
Kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ
Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanılıb
2020-ci ilin rəngi
Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı
"ATƏT zamanın sınağından uğurla keçib"
İrəli
