İsraildəki Azərbaycan diasporu arasında – QALMAQAL

09:17 27-09-2019 | icon 1303 | Geopolitika
İsraildəki Azərbaycan diasporu arasında – QALMAQAL

Bu günlərdə İsraildəki Azərbaycan diasporunda çox gizli və müəmmalı hadisələr baş verir. Bu hadisələrin təşəbbüskarları və təşkilatçıları adlarını bilmədiyimiz və tanımadığımız Azərbaycan Diasporunun Təşkilat Komitəsidir.

 

Versus.Az Turkustan.info -ya istinadla xəbər verir ki, bunu İsrailin Akko şəhərindəki Azərbaycan Dağ yəhudiləri icmasının və “Azərbaycan Evi”nin rəhbəri, Ümüm İsrail Dağ Yahudiləri İcmasının sədrin birinci muavini, STMEGİ Beynəlxalq Təşkilatının İsraildə fəal nümayəndəsi Nexamiya Şirin Mixaeli deyib.

 

O qeyd edib ki, bu günlərdə “Azərbaycan-İsrail” (Azİz) Beynəlxalq Assosiasiyası adından sosial şəbəkələrdə şəxsi adları qeyd olunmayan “Təşkilat Komitəsi” adından çox müəmmalı, lakin gizli dəvətnamə yayılıb:

 “Bu dəvətnaməyə əsasən oktyabr ayının 2-də Bakı şəhərində qurultay keçirilməsi nəzərdə tutulub. Mən bu barədə məlumat almaq ücun Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdrinə müraciət etdim. Mənə cavab olaraq dedilər ki, gedin təşkilatın İsraildə heç bir legitimliyi olmayan baş direktoru Lev Spivaka müraciət edin”.

 

Nexamiya Şirin Mixaeli bu xəbərin qeyri-adiliyi, parodaksal və absurd durumun nədən ibarət olmasını belə izah edib:

“Yəqin bu qurultayın təşkilatçıları bilmirlər və xəbərləri yoxdur ki, vaxtilə İsraildə Knessetin (İsrail parlamenti) deputatı İosif Şaqalın rəhbərliyi və şəxsən mənim dəstyim ilə bu təşkilatın seçilmiş birinci vitze-prezidenti kimi 2007-ci ildə yaranan Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası hələ də İsrailin dövlət qurumları tərəfindən rəsmi qeydiyyatdan keçməyib. Bu qeydiyyat məsələsi məhz o vaxtlar təyyin olunmuş Lev Spivakı bir nömrəli vəzifəsi idi. Fəqət bu günə kimi bu təşkilatın qeydiyyatı yoxdur. Bu təşkilat son səkkiz il ərzində demokratik seçki, qurultay keçirməyib və bu günədək assosiasiyanın prezidenti yoxdur. Bu təşkilatı qondarma şəkildə təmsil edən Lev Spivak və onun əlaltılarının fəaliyyətinin heç bir hüquqi gücü və legitimliyi yoxdur. Eyni zamanda bu onu göstərir ki, Azİz qurultay keçirməyənə qədər və bu təşkilatın İsraildə hüquqi icazəsi olmadan, hansısa başqa qurultay keçirilməsi qeyri-qanunidir və bu qurultayda qəbul olunan qərarların İsrail Dövlətində hüquqi gücü yox səviyyəsindədir.

Ortaya çox haqlı və müəmmalı sual çıxır ki, bəs bu günə qədər Lev Spivak hansı qeydiyyatdan keçmiş təşkilatın adından çıxış edir. Qeyd etməliyəm ki, bizim əlimizdə olan rəsmi qeydiyyat vərəqəsinə görə Lev Spivak 5 fevral 2015-ci ildə “Azərbaycandan çıxmışların mərkəzi” adlı təşkilat qeydiyyatdan keçirib və 19 fevral 2017-ci ildə bu təşkilata Azİz sözünü əlavə edib”.

 

Nexamiya Şirin Mixaelinin sözlərinə görə, bu rəsmi sənəd faktiki olaraq onu göstərir ki, bu günə qədər Azİz – Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası adlı təşkilat rəsmən İsraildə yoxdur:

“Fəqət kağızda, Azərbaycan mətbuatında və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi qarşısında Lev Spivak bu adı nominal istifadə edir, faktiki isə az öncə qeyd etdiyim kimi təşkilatın adından ödəniş vəsiqələrinə imza atılır və “ikili mühasibat” şəklində fəaliyyət göstərir.

Bu gizli və müəmmalı dəvətnaməni yayan “Təşkilat Komitəsi” və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi bilməlidir ki, Azİz-Azərbaycan – İsrail Beynəlxalq Assosiasiyası adından təşkil olunacaq hər hansı tədbir və ya qurultayın və orada qəbul olunacaq sənədlərin və təyyinatların İsrail Dövlətinin ərazisində heç bir legitimliyi və hüquqi əsası olmayacaq”.

Nexamiya Şirin Mixaeli onu da bildirib ki, bir qrup diaspor nümayəndəsi İsraildə Azərbaycan Diaspor Koordinasiya Şurasını yaradıb, şuranun sıralarında Azərbaycan kökənli olan və İsraildə ictimai, siyasi və biznes sahəsində müvəffəqiyyət qazanmış çox saylı fəal insanlar çalışır:

“Bizim təşkil etdiyimiz şuranın üzvləri və şəxsən mən Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri ilə aramsız danışıqlarda olmuşuq. Bu danışıqlarda dəfələrlə demişik ki, biz Lev Spivak və onun qrupunun əsasən 15-20 nəfər yaşlı, pensioner əhali arasında keçirdiyi mədəni-tematik və yeyib-içmək tədbirlərinin əleyhinə deyilik. Baxmayaraq ki, bu tədbirlər İsraildə geniş auditoriya üçün nəzərdə tutulmur və heç bir informasiya xarakteri daşımır.

 

Lakin Lev Spivakın diletant şəkildə ictimai-siyasi məsələlərə qarışması çox böyük yanlışdır və çöx böyük nöqsandır. Lev Spivak bu illər ərzində dəfələrlə ermənipərəst Knesset deputatları ilə əlaqə saxlayıb və işbirliyi həyata keçirib. Nəticədə o vaxtkı millət vəkili, indi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu ermənipərəst və qondarma “erməni soyqırımı”nı Knessetdə müzakirəyə çıxarmaq istəyən deputatlarla görüşdürüb. Lev Spivak bilmədiyi və bacarmadığı işin altına girməsinin, ictimai-siyasi məsələlərdə savadsızlığının bütün diaspora və Azərbaycana nə qədər ziyan gətirdiyini anlamır və anlamaq belə istəmir”.

 

Nexamiya Şirin Mixaeli qeyd edib ki, bu məsuliyyətsiz və diletant hərəkətlər Azərbaycan üçün çox biabırçı şəkil alıb:

“İndi sizə daha bir biabırçı vəziyyətdən danışmaq istəyirəm. Hansı ki, bu biabırçı vəziyyət İsraildə Azərbaycan Diaspor Koordinasiya Şurasının üzvülərini çox narahat edir. Sanki bütün bu baş verənlər az imiş, kifayət etmirmiş. Biz bu məsələyə toxunmaq istəmirdik, çünki bu məsələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və xatirəsi ilə bağlıdır. Amma artıq bu yalana, sövdələşməyə, açıq aydın anti-Azərbaycan fəaliyyəti aparan və özlərini İsraildə “Azərbaycan diasporunun nümayəndələri” adlandıran Lev Spivak və Yeganə Salmanın yarıtmaz fəaliyyətinə dözə bilmirik”.

 

Dağ yəhudiləri icmasının rəhbəri yaxın tarixə ekskursiya edərək bildirib ki, 2010-cu il mayın 6-da Diasporla İş üzrə Dövlət Komitəsinin o vaxtkı sədri Nazim İbrahimovun, Knessetin deputatı, “Bizim ev-İsrail” Partiyasının o vaxt kı nümayəndəsi, Faina Kirşenbaumun və Hadera şəhərinin meri Haim Avitananın iştirakı ilə Hadera şəhərində üzərinə Azərbaycan və ivrit dillərində “Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına xiyaban salınacaq” sözləri yazılmış memorial daşın təntənəli şəkildə təməlqoyma mərasimi baş tutub:

 

“Bu tədbirin əsas təşkilatçısı və ideya verəni də “Azİz” Beynəlxalq Assosiasiyası, onun Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman və bu təşkilatının baş direktoru Lev Spivak idi. Bu gün İsraildə 70 min Azərbaycan kökənli insan yaşayır. Hər birimizin İsraildə öz yaşayış tərzi var, amma “Azərbaycan”, “Bakı”, “Göyçay”, “Oğuz” və ya “Quba” adı gələndə ürəyimiz dağa dönür. Mərasimdə iştirak etmək üçün də Azərbaycandan İsrailə köçmüş və İsrailin bütün bölgələrində yaşayan ictimaiyyət nümayəndələri Haderaya gəlmişdilər.”

 

Nexamiya Şirin Mixaeli qeyd edib ki, bu hadisədən 9 il keçir:

“Bir il öncə İsraildə Azərbaycan diasporunun fəal nümayəndəsi olan Etibar Axundov mənə zəng edib dedi ki, vəziyyət pisdir. Ulu öndər Heydər Əliyevin adını daşıyacaq xiyabandakı memorial daşın vəziyyəti bərbaddır. Heç kim bu illər ərzində ona qulluq etməyib. İndi isə memorial daşı ərazidən sökmək və tullamaq istəyirlər.

Bu məlumatı eşidəndə mən və mənim dostlarım şok yaşadı. Onlar hər gün Bakıya məlumat göndərirlər ki, biz Azərbaycanı İsraildə tanıdırıq. Bəs hanı sizdə olan qeyrət, namus və özünəhörmət? Mən öz gözümlə gəlib gördüm ki, bu memorial daş çirkli, baxımsız və bərbad vəziyyətdədir. Bəs hanı Azərbaycanı “ürəkdən sevən” Yeganə Salman və Lev Spivak?

Etibar qardaşımız qondarma Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərindən nə etmək lazım olduğunu soruşanda o qayıdıb deyib ki, “Etibar, bəsdir demaqoqluq elədin. Bu məsələ bizdən asılı deyil”. İndi bu diaspor rəhbərlərindən memorial daşın harada olduğunu soruşsanız, onu da bilməyəcəklər. Sual yaranır bu biabırçı vəziyyəti İsraildə erməni diasporası xəbər tutsaydı, yadındır ki bundan anti Azərbaycan ünsürlər istifadə edəcəkdi”.

 

Nexamiya Şirin Mixaelinin sözlərinə görə, ictimai-siyasi xarakterli olmalı olan “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası yeyib-içmək tədbirləri və ucuz “Azərbaycan naminə” konsertlər təşkil etməklə məşğuldur:

“Hesab edirlər ki, bununla Azərbaycanı İsraildə populyarizasiya etmək məqsədinə nail olurlar. Diasporla İş üzrə Dövlət Komitəsindən Lev Spivakı arayıb memorial daşın harada olduğunu soruşduqda ondan cavab gəlmədi. Nə cavab gəlməlidir axı? Məmməd Əmin Rəsulzadəyə faşist deyən bir adam bu gün İsraildə Azərbaycan diaspor təşkilatının lideri xülyası ilə yaşayır. Kimdir bu adamlara və simasız manqurtlara dəstək verən? Ayılın, özünüzdə güc tapın və Prezident İlham Əliyevi və birinci vitse-prezident xanım Mehriban Əliyevanı aldatmayın, Ana Vətənimiz Azərbaycanı biabır etməyin. Bunu mən deyirən Azərbaycan doğulmuş, halal çörəyini içmiş və suyunu içmiş dağ yahudisi deyir . Heydər Əliyev şəxsiyyətinə hörmət etməyən adamlar bu gün Sizdən istifadə edir. Onlar nə Azərbaycan xalqına, nə də onun simvollarına hörmət etmirlər. Çünki ürəkləri yanmır, onları Azərbaycan yalnız pul kimi, ucuz ambisiyalarına çatmaq vasitəsi kimi maraqlandırır. Bu adamlar üç aydan bir Diaspora Komitəsindı pul almasalar, heç bir is ve addım atmayacaqlar. Bax belə. Necə burada böyük Mirzə Ələkbər Sabiri yada salmayasan:

Kim nə deyər bizdə olan qeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!…

Bax, budur “İsraildə yaşayan vətənpərvər” Yeganə Salmanın ümummilli lider Heydər Əliyevə və onun xatirəsinə real və açıq-aydın münasibəti”.

 

Sonda Nexamiya Şirin Mixaeli deyib:

“Etibar qardaşımızın şücaəti və Azərbaycana sevgisi sayəsində biz bu memorial daşı qoruya bildik. Bu yaxınlarda memorial daşı Akko şəhərindəki bizim “Azərbaycan Evi”ndə Akko şəhərinin rəsmi icazəsi alınandan sonra yerləşdirəcəyik. Daha hansısa söz deməyi artıq sayıram. Fotolara baxmaqla memorial daşın necə bərbad vəziyyətdə olduğunu öz gözlərinizlə görə bilərsiniz”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı