Qənirə Paşayeva: “Ali Baş Komandanın ətrafında daha sıx birləşməliyik”
Aprel şəhidləri Sumqayıtda da anılıb
Sumqayıtda Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimiz Raquf Orucov və Murad Məmmədovun anım tədbiri keçirilib. Versus.az-ın məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.
Qənirə Paşayeva “Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm” deyərək Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb. “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik” deyən millət vəkili Ali Baş Komandan Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərini diqqətə çatdırıb:
“Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək”.
Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın “şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır” çağırışını xatırldan Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” deyib.
Tədbirdə iştirak edən Ağdam rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri çıxış edərək Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimiz hər zaman sevgi ilə anılacaq deyiblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"