“Nəsimi ideyaları günümüzün işığında” - MUZEYDƏ SEMİNAR

13:11 27-09-2019 | icon 426 | Mədəniyyət
“Nəsimi ideyaları günümüzün işığında” - MUZEYDƏ SEMİNAR

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbir muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi və Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən təşkil olunub.

 

Seminarda muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov, muzey əməkdaşları, Maliyyə-İqtisad Kollecinin müəllim-tələbə heyəti, Səbail rayonu 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

 

Tədbiri açan muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva iştirakçıları salamladı, tədbirin mahiyyəti haqqında məlumat verib, İ.Nəsiminin Azərbaycanın fikir tarixindəki rolunu yüksək qiymətləndirdi. Muzeyin fondlarında Nəsiminin əsərlərinin, ona həsr olunmuş tabloların qorunduğunu, mütəmadi olaraq Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş tədbirlərin keçirildiyini qeyd etdi.

 

Sonra Səbail rayon YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, muzeyin baş mütəxəssisi Pərvanə Əzimova dövlət başçısının müvafiq Sərəncamını oxudu.

Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev və təşkilatın məsləhətçisi Fariz Quliyev çıxış edib, dövlət başçısının İ.Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinin təbliğində oynadığı əhəmiyyətli rolu, bu sahəyə göstərdiyi qayğını vurğuladılar.

 

Sonra məruzəçilər – BBMM-nin şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov “Təsəvvüf metafizikası və multikulturalizm”; muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nəsimi irsində dinlərin və aləmin vəhdəti”; muzeyin fond müdiri, dosent Nardanə Yusifova “Nəsimi yaradıcılığına riyazi-məntiqi yanaşma” mövzularında slaydların müşayiəti ilə məruzə ilə çıxış etdilər.

Sonda iştirakçıların sualları cavablandırıldı, xatirə şəkli çəkildi.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür