Fədayə Laçının vəkili mətbuat konfransı keçirib

17:08 27-09-2019 | icon 425 | Hadisə
Fədayə Laçının vəkili mətbuat konfransı keçirib

"14 illik vəkillik fəaliyyətimdə belə səmərəsiz proses görməmişəm. İlk dəfədir ki, bir prosesin 12 dəfə təxirə salındığını görürəm".

 

Versus.Az ''Report'' xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib.

 

Vəkil bildirib ki, məhkəmədən Fədayə Məmmədovaya (Laçın) qarşı heç bir humanist addım atılmayıb.

"Biz Apellyasiya Məhkəməsinin qərarını gözləyirik ki, bundan sonrakı addımlarımızı müəyyən edək. Əlimizdə qərar olmadığından biz nə edəcəyimizi bilmirik. Bu gün Ali Məhkəməyə kassasiya şikayəti versək, mənə deyəcəklər ki, sənin əlində Apellyasiya Məhkəməsinin qərarı yoxdur. Bizə heç bir səbəb demədən artıq məhkəməni 12 dəfə təxirə salırlar. Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır".

Vəkil daha sonra qeyd edib ki, 9 xalq artisti F. Laçın barədə humanist qərarın verilməsi üçün ölkə rəhbərliyinə müraciət edib

"Xalq artistləri Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev,Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin ölkə rəhbərliyinə müraciəti olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitəsi ilə müraciət edərək prosesin ədalətlə keçirilməsini xahiş edirəm".

Qeyd edək ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı