Rezident xarici ölkələrdəki kliniki bazalara köçürülə bilər? 

19:01 27-09-2019 | icon 540 | Sağlamlıq
Rezident xarici ölkələrdəki kliniki bazalara köçürülə bilər? 

Rezidenturaya qəbul imtahanının nəticələri artıq məlumdur. Rezident olmaq istəyən 569 namizəddən 351-i arzusuna çatıb. II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 olub. Hər iki mərhələ üzrə ən yüksək göstərici isə maksimal 200 baldan 173 bal olub.

 

Versus.Az AzEdu.az-a istinadla xəbər verir ki, əksəriyyəti artıq işə başlamaq barədə əmri gözləyirlər.

Rezident adını qazananların hazırda ən çox verdikləri sual isə Azərbaycandakı kliniki bazaya qəbul olunub, xarici ölkələrin klinikalarına köçürülməklə bağlıdır.

Sual:

Ölkə klinikalarına qəbul olunub, rezidentura təhsilini xarici ölkə klinikalarında davam etdirmək mümkündür?

Cavab:

Bəli. bu barədə məlumatlar “Həkim – rezidentin nümunəvi vəzifə təlimatı”nda əks olunub. Təlimatın həkim – rezidentin hüquqları bölməsində rezidentin xarici ölkədə təhsil almaq hüququna toxunulub. Qeyd edilib ki, rezidentin Səhiyyə Nazirliyi və ya kliniki bazanın göndərişi ilə xarici ölkə klinikalarında rotasiya keçmək, yaxud konfransda, simpoziumda iştirak etmək hüququq var.

Rotasiya klinika ilə razılaşdırılmış müəyyən zaman kəsimində icra oluna bilər. amma nəticədə rezident təhsil aldığı kliniki bazadan məzun olmalıdır.

Qeyd edək ki, rezidenturaya qəbul müsabiqəsinin nəticələrinə əsasən, imtahanda iştirak edən 352 namizəddən 350 nəfəri təhsil almaq hüququ qazanıb. Onlardan 116-ı oğlan, 234-ü isə qızlardır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI