“Paşinyan 5 milyard dollara beş rayonu qaytarmağa razılaşıb”
“Ermənistanın baş naziri Paşinyan 5 milyard dollar pulun müqabilində Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq verib”.
Versus.Az Azpost.info-ya istinadən xəbər verir ki, belə sensasiyalı məlumatla Rusiyanın məşhur “Nezavisimaya Qazeta” çıxış edib.
Qəzet Putinin Yerevana səfəri ərəfəsində rus-erməni münasibətlərini şərh edən məqalə yayıb.
Yazıda vurğulanır ki, baş nazir Paşinyanın əsas məqsədi işğal edilmiş Dağlıq Qarabağda özünün tərəfdarı Mais Maliyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana qaytarmaqdır:
“Bu, ABŞ prezidentinin sabiq müşaviri Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda Ermənistanın xarici işlər naziri Mnaskanyan beş rayonun qaytarılması müqabilində 5 milyard dollar almağa razılıq verib”.
Yazıda deyilir ki, 2018-ci ilin aprelində “məxməri inqilab”adlı ilə baş tuutmuş siyasi fırıldaq nəticəsində Sərksiyan hakimiyyəti Paşinyana ötürüb:
“İl yarımdan sonra Ermənistan avtoritar dövlətə çevrilib. Orada Ermənistan qanunları yox, qərb QHT-lərnin nizamnamələri at oynadır. Ermənistan ABŞ-ın geopolitik maraqlarının orbitinə düşüb”-deyə yazıda qeyd olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"