İqbal Ağazadə Suriyada yaşayan azərbaycanlılarla bağlı MÜRACİƏT etdi

14:19 28-09-2019 | icon 1497 | Siyasət
İqbal Ağazadə Suriyada yaşayan azərbaycanlılarla bağlı MÜRACİƏT etdi

İqbal Ağazadə: "Əksəriyyəti dini idelogiyalara fanatikcəsinə aludə olan və maddi təminata aldanaraq ölkəni tərk edib"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Respublikasının Xarici İşlər nazirinə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə müraciət edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Ümid Partiyasının Mətbuat Xidmətinin məlumatında deyilir.

 

Qeyd edək ki, müraciətdə Suriyada yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə, qadın və uşaqların ölkəyə qayıtmalarına yardım edilməsi xahiş olunur.

 

Müraciətdə qeyd olunur ki, Suriyada dini-ideloji zəmində baş verən döyüşlərdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan xeyli sayda vətəndaşlarımız iştirakçı olublar. Onların əksəriyyəti dini idelogiyalara fanatikcəsinə aludə olan və maddi təminata aldanaraq, ailələri ilə birlikdə ölkəni tərk edərək İŞİD bayrağı altında döyüşlərə qoşulublar.

 

Çox təəssüf ki, bu tipli insanlar özlərinin qeyri-qanuni hərəkətlərinə ailələrini və azyaşlı uşaqlarını da alət edib, Azərbaycan vətəndaşı olan qadın və uşaqları qanlı savaşın içərisinə atıblar. Suriyaya gedən bu ailələrin əksəriyyətinin ailə başçısı döyüşlərdə ölmüş və ya müxtəlif səbəblərdən öldürülmüşdür. Onların ailələri və azyaşlı uşaqları isə sahibsiz şəkildə çadırlarda və ya müvəqqəti sığınacaqlarda məskunlaşmışlar. Müsəlman ölkələrinin əksəriyyətindən bu tipli insanlar Suriyada olsalar da, onların dövlətləri başsız qalmış ailələrə sahib çıxmış, öz vətəndaşlarının ölkələrinə qayıtması üçün əllərindən gələni edərək, həmin şəxsləri ölkələrinə qaytarmışlar. Belə ki, Özbəkistan, Qazaxıstan, Tacikistan xüsusi təyyarə reysi ilə vətəndaşlarını ölkələrinə gətirmiş, qanun qarşısında əməllərinə qiymət verməklə yanaşı qadın və uşaqları acınacaqlı və təhlükəli şəraitdə yaşamaqdan xilas etmişlər.

 

Müraciətin sonunda Suriyada yaşayan Azərbaycan vətəndaşlarına, xüsusilə, qadın və uşaqların ölkəyə qayıtmalarına yardım edilməsi xahiş olunur.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”