“Dünya 5G-yə keçir, Azərbaycanda isə doğru-dürüst 3G də yoxdur”

16:07 28-09-2019 | icon 555 | Gündəm
“Dünya 5G-yə keçir, Azərbaycanda isə doğru-dürüst 3G də yoxdur”

AXCP sədri mobil operatorların “soyğunçuluğundan” danışdı

 

İnternet nəinki Gəncədə, bütün Azərbaycanda bərbaddır. “Azercell” və “Bakcell”-in də interneti çox bərbaddır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

 

“Öncəki illər sürətli və kəsilməz internet dövründə yaşamışıq, xəbərimiz olmayıb” deyən partiya sədri qeyd edib ki, internet günü-gündən zəifləyir, sıradan çıxır:

 

“Həqiqətən bunu daha gizləmək də mümkün deyil. Hazırda bu sahədə inkişaf yoxdur və yeni layihələrin həyata keçirilməsi barədə də heç bir tərpəniş görünmür, məlumat yoxdur”.

 

R.Nurullayev bildirir ki, mobil operatorlar da abunəçiləri bir tərəfdən soymaqla məşğuldur. Partiya sədri hesab edir ki, zənglər həm də internet üzərindən edilir deyə, vətəndaşları soymaq üçün hiylələr işlədirlər:

 

“Normal düşüncə isə internet əsrində sürətli internet xidmətlərinin göstərilməsi olmalıdır. Dünya 5G-yə keçir, heç Azərbaycanda doğru-dürüst 3G yoxdur. Kimlərsə, düşünürsə ki, onlarda var, demək ki, seçilmişlərdir və onlar üçün xüsusi imtiyazlar yaradılıb. O katerqoriya insanlar sadə Azərbaycan xalqına aid deyillər. Sadə xalq Bakının əyalət yerlərində, kəndlərində, qəsəbələrində, rayonlarında və rayon kəndlərində yaşayır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”