Bu genlər atadan keçir - SİYAHI

16:51 28-09-2019 | icon 812 | Maraqlı
Bu genlər atadan keçir - SİYAHI

Genetika öncədən proqnozlaşdırılmayacaq bir şeydir. Bəzən insanlar 12 əl və ayaq barmaqları ilə doğulur, bəzən ağdərili valideynlərdən qaradərili körpə dünyaya gəlir.

 

Amma bununla belə, bəzi xüsusiyyətləri öncədən müəyyənləşdirmək mümkündür. Daha doğrusu, uşağın genetikasını məhz ana və atasından alması hələ doğuşdan əvvəl körpənin necə biri olacağını təxmin etməyə əsas verir.

 Boy
 

Doğulacaq uşağın bu geni atadan götürülür. Hündür ataların, adətən, hər zaman hündür övladları olur. 

Göz rəngi

 

Bu mövzuda da kişi genləri qadın genlərini üstələyir. Böyük ehtimalla, yeni doğulacaq uşağın göz rəngi və üz quruluşu atasından götürüləcək. 

Dişlər

 

Çənə konfiqurasiyasına “cavabdeh” genlər kişilərdə daha aktiv olduğundan uşağın dişlərinin qeyri-bərabər və ya nazik olması atasından keçir.

İntellekt səviyyəsi

Bu, xüsusilə maraqlıdır. Belə ki, dahi ataların dahi oğula sahib ola bilməyəcəyi sübut edilib. Amma xoşbəxtlikdən, axmaq ataların da zəkası miras olaraq keçmir. Atanın zəka səviyyəsinin yarısı ancaq qız uşağına keçə bilər. Bu isə o deməkdir ki, ata intellektlidirsə, qızı onun zəkasının 50 faizini götürə bilər.

Ancaq onlar baba olduqda və oğlan nəvələri dünyaya gəldikdə zəkalarını bütünlüklə nəvələrinə ötürə bilərlər. 

Psixoloji xüsusiyyətlər

Belə ki, diqqət çatışmazlığı, hiperaktivlik və şizofreniya atadan uşağa ötürülə bilər. Üstəlik, ata nə qədər yaşlı olarsa, risk o qədər böyükdür. Çünki illər keçdikcə onun DNT-si mutasiyalara təslim olacaq. Qadınlar isə ömür boyu dəyişməyən genlərlə doğulur.

Ürək problemləri

Lester Universitetinin alimləri spesifik xromosomlu kişilərin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmə ehtimalının 50 faiz daha yüksək olduğunu müəyyən ediblər. Həmin kişilərin övladları isə bu kimi xəstəlikləri (daha çox oğulları) miras ala bilər. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol