Qənirə Paşayeva: “Ölkələrimizin qeyri-hökumət təşkilatları arasında da əlaqələr genişləndirilməlidir”

22:55 28-09-2019 | icon 380 | Siyasət
Qənirə Paşayeva: “Ölkələrimizin qeyri-hökumət təşkilatları arasında da əlaqələr genişləndirilməlidir”

Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələr müzakirə edilib

 

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkəmizə səfər etmiş Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram və Türk Ocaqlarında təmsil olunan alimlər, aydınlarla görüşüb.


Versus.Az
-ın məlumatına görə, qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycanla Türkiyənin qeyri-hökumət təşkilatları arasında da əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirildiyini bildirdi. O, yeni önəmli layihələrin yaxın zamanlarda həyata keçiriləcəyindən məmunluğunu dilə gətirib.

 

Azərbaycan "Türk Ocağı"nın yenidən bəra edilməsiniin vacibliyini qeyd edən Q.Paşayeva bununla bağlı Azərbaycan "Türk Ocağı"nın bərpası konfransının keçirilməsi və özünün Azərbaycan "Türk Ocağı"nın bərpaçılarından biri olmasından qürur duyduğunu deyib. Millət vəkili Azərbaycan "Türk Ocağı"nın sədri seçilən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının rəhbərliyi altında təşkilatın həm Azərbaycan, Azərbaycan-Türkiyə əməkdaşlığı və Türk dünyası istiqamətində faydalı işlər görəcəyinə inandığını deyib.

 

Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən İstanbul Türk Ocaqlarının başqanı dr.Cezmi Bayram Azərbaycan "Türk Ocağı"nın bərpasından, bununla əlaqədar keçirilən konfransda iştirak, Türkiyədə Türk Ocaqlarınını qurulmasında böyük əməyi olmuş böyük şəxsiyyət, alim və ziyalı Əhməd Ağaoğlunun 150 illik yubiley tədbirlərində fəal iştirak etməkdən məmnuniyyət duyduğunu bildirdi. O, Azərbaycan "Türk Ocağı"na fəaliyyətində uğurlar dilədi, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələrdən söz etdi. Eyni zamanda, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söylədi.

 

Qənirə Paşayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir.

 

Görüşdə Türk Dünyasının ortaq tarixi, ədəbiyyatı, mədəniyyətinin gənclərə daha yaxşı öyrədilməsi istiqamətində, türk dünyasının böyük şəxsiyyətlərinin bütün türk dünyası bölgələrində daha geniş tanıdılması istiqamətində, özəlliklə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş duyurulması istiqamətində iki təşkilatın birgə həyata keçirəcəyi layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Qənirə Paşayeva İstanbul Türk Ocaqlarının başqanı dr.Cezmi Bayrama və Türk Ocaqlarında təmsil olunan alimlərə, aydınlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB adından Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin