Manikür etdirdi, ölümcül infeksiyaya yaxalandı
ABŞ-ın Tenessi ştatının Noksvill şəhər sakini Ceyn Şarp manikür salonunda ölümcül infeksiyaya yaxalanıb.
Qadın deyib ki, manikür zamanı usta onun barmağını zədələyib, amma o, buna əhəmiyyət verməyib. Ancaq bir neçə saatdan sonra barmağı şişməyə başlayıb və səhər şiş artıq dirsəyə qədər yayılıb.
Qadın xəstəxanaya gedib və ona nekrotik yara diaqnozu qoyulub. Bu, olduqca sürətlə dərinin üst qatına və dərialtı toxumaya yayılan çox nadir bakterial infeksiyadır.
Həkimlərin dediyinə görə, qadın həkimə gec müraciət etsəydi, bütün qolunu itirə bilərdi.
O, manikür salonunu məhkəməyə verib.
Xəbər lenti
Planetin ən yaşlı ağaclarını çəkmək üçün 14 ilini sərf etdi
Fotoqraf zəhmətinin bəhrəsi ilə bağlı albom da buraxıb